Səlim Müslümov razıdır - Mülkləri alınır, ölkədən çıxa bilməz
Vəzifə cinayətlərində təqsirli bilinərək şərti cəzaya məhkum edilmiş sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barəsindəki hökmlə razılaşıb.
Məlumata görə, nə eks-nazirin özü, nə vəkilləri tərəfindən apellyasiya şikayəti verilib. 11 il şərti cəza verilən Müslümov bunu özü üçün humanist hökm kimi qəbul edir, həmçinin əmlaklarının müsadirə edilməsinə etiraz etmir. Dövlət ittihamçısının tələbinə uyğun cəza təyin edildiyinə görə hökmdən protest də verilməyib.
Apellyasiya şikayəti vermək üçün müddət başa çatdığı üçün birinci instansiya məhkəməsinin hökmü qanunu qüvvəyə minmiş hesab edilir.
11 il Fond rəhbəri, 5 il nazir işləmiş Müslümov şərti məhkumluğu müddətində ölkədən çıxa bilməz. Bundan başqa, onun müsadirəsinə qərar verilmiş 8 milyonluq əmlakları dövlət nəfinə alınacaq. Bu məsələ aidiyyəti İcra Şöbəsinə həvalə edilib.
Dövlət nəfinə alınacaq əmlakların siyahısını təqdim edirik:
- Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən iki mənzil;
- Səbail rayonu, Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi;
- Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsində mənzil;
- Nərimanov rayonu, Oqtay Kərimov küçəsində iki ev;
- Nərimanov rayonu, Məmməd Araz küçəsində ev;
- Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 500 və 300 kv.m torpaq sahələri;
- Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsində yerləşən 300 kv.m olan qeyri-yaşayış sahəsi.
Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. İstintaq müddətində dövlətə dəymiş 27 milyon manat ziyanın 20 milyonu ödənilib.
S. Müslümova 1 ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il sınaq müddəti seçilməklə 11 il şərti cəza verilib.
© “Qafqazinfo"
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
24 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 36 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb























