“Turist axını gözlədiyimizdən də çox oldu, otelimizdə otaqların 80-85 faizi doludur"
Bayram günləri yerli turistlərin daha çox səyahət etdiyi bölgələr arasında Quba ilk yerlərdən birini tutur.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində Qubadakı otel və istirahət mərkəzlərindəki yerlərin böyük hissəsi əvvəlcədən tutulub. Rayona gələnlərin əksəriyyəti yerli turistlərdir. Bununla yanaşı, əcnəbi qonaqlar arasında ərəb ölkələrindən, Rusiya, Türkiyə və Pakistandan olanlar çoxluq təşkil edir.
Qubanın Azərbaycan paytaxtına məsafə baxımından yaxın olması turist axınında böyük rol oynayır. Rayonun İkinci Nügədi kəndindəki Çənlibel gölü son illər rayona gələn turistlərin sevimli istirahət məkanına çevrilib. Rayon mərkəzindən təxminən 14 kilometr məsafədə yerləşən gölün ətrafında istirahət mərkəzi və müasir otel fəaliyyət göstərir.
Otel meneceri Tural Əhmədov bildirib ki, bayramla əlaqədar istirahət mərkəzində otaqların 95-98 faizi tutulub.
“Bayram günlərində şimal bölgəsinə turist axını gözlədiyimizdən də çox oldu. Xüsusilə 2023-cü ilin son, Yeni ilin isə ilk günlərini burada keçirmək istəyənlər daha çox idi. Hazırda otelimizdə otaqların 80-85 faizi doludur. Qonaqlar arasında əcnəbilər 10 faiz təşkil edir. Qonaqlara müxtəlif turizm paketləri təqdim olunur. Turistlər oteldə gecələmə, qidalanma, eyni zamanda, istirahət mərkəzi tərəfindən təşkil olunan şou proqramlarında iştirak etmək imkanı əldə edir”, - deyə Tural Əhmədov söyləyib.
Çənlibel gölü ətrafında turistlərə bir sıra maraqlı xidmətlər təqdim olunur. Qonaqlar göldə qayıqla gəzinti, göl ətrafında atla səyahət, restoran, ox atma və başqa xidmətlərdən faydalana bilərlər. Göldə balıq tutmaq da mümkündür.
Bayram günlərində Qubanı seçən turistlər arasında qar mənzərələrini seyr etmək istəyənlər çoxluq təşkil edir. Amma şimal bölgəsində son günlərdə günəşli hava müşahidə olunur.
Yerli turistlər qar görmək ümidi ilə gəldiklərini, amma günəşli hava ilə qarşılaşdıqlarını bildirib. Bayram günlərində ev kirayələyərək Qubada qalanlar da çoxdur.
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
10 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























