Müğənni rekord gəliri ilə Ginnesin Rekordlar Kitabına düşdü
Müğənni Teylor Svift Dünya turunda 1 milyard dollar gəlir əldə edərək Ginnesin Rekordlar Kitabına düşüb. Taylor Swift-in "Eras Tour"u rəsmi olaraq ən yüksək gəlir gətirən musiqi turudur və gəliri 1 milyard dolları keçən ilk turdur.
Amerikalı müğənni Taylor Swift-in (Teylor Svift) "The Eras" layihəsi tarixdə ən çox gəlir gətirən musiqi turu olaraq Ginnesin Rekordlar Kitabına düşüb.
Bu barədə Marja.az Ginnesin Rekordlar Kitabının saytında dərc edilmiş məlumata istinadən xəbər verir.
Məlumata görə, turdan əldə olunan gəlir 1 milyard dolları keçərək (1,04 milyard dollar), vida konsertləri ilə beş il qastrol səfərində olan Elton Conun müəyyən etdiyi rekordu (939 milyon dollar) yeniləyib. "Eras" turu 2023-cü ilin martında başlayıb və 2024-cü ilin dekabrına qədər davam edəcək.
Portalda Sviftin dünya turu Beyonce-nin "Renessans" Dünya turundan iki dəfə çox qazanc gətirdiyi bildirilir.
O da məlum olub ki, Sietldəki konsertdə Taylor Svift pərəstişkarları 2,3 bal gücündə zəlzələ ilə müqayisə edilən rekord seysmik aktivliyə səbəb olublar.
Bundan əvvəl Amerikanın “Time” jurnalı Teylor Svifti “İlin adamı” kimi tanımışdır. Müğənni Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin kimi dünya liderlərini üstələyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
9 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 19 saat əvvəl
-
23 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
