İqtisadiyyat Nazirliyində “China Energy” ilə görüş keçirilib
Azərbaycanda “yaşıl” enerji keçidinin sürətləndirilməsi üçün bu sahədə qabaqcıl təcrübəyə malik Çin şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub.İqtisadiyyat naziri Mikayıl Cabbarov "China Energy International Group Co., Ltd." şirkətinin prezidenti Çiao Subin ilə görüşüb.
Görüşdə Azərbaycanda energetika sahəsinin qlobal iqlim dəyişiklikləri ilə mübarizə hədəflərinə uyğun şəkildə inkişafı, bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verilib.
Ölkəmizdə “yaşıl” enerji keçidinin sürətləndirilməsi, bərpa olunan enerji texnologiyalarının tətbiqi üçün bu sahədə qabaqcıl təcrübəyə malik beynəlxalq şirkətlərlə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu baxımdan, "China Energy International Group Co., Ltd." şirkətinin təqdim etdiyi innovativ həllərlə Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində zəngin resurslarından səmərəli istifadə oluna bilər.
Tərəflər “yaşıl” enerji sahəsində əməkdaşlığın inkişafı, enerji saxlama texnologiyalarının mənimsənilməsi və birgə fəaliyyətin perspektivləri barədə müzakirələr aparıblar.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
4 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
5 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"






















