“Azmade Group”un təşəbbüsü ilə “Zəka dolu Əyləncə” adlı tədbir keçirilib - FOTO
(®) “Azmade Group” şirkətlər qrupuna daxil olan şirkətlər və əməkdaşlar arasında korporativ bağları gücləndirmək, zəka və əyləncəni bir araya gətirmək məqsədilə Nə? Harda? Nə zaman? intellektual oyunu çərçivəsində “Zəka dolu Əyləncə” adlı tədbir təşkil olunub.
Tədbirdə çıxış edən “Azmade Group” şirkətlər qrupunun idarə heyətinin sədri Emruz İsgəndərov bu kimi tədbirlərin kollektivlər arası münasibətlərdə əhəmiyyətini vurğulayıb, iştirakçı komandalara uğurlar arzuluyub.

Yarışda ölkəmizin aparıcı sənaye müəssisələrini özündə birləşdirən “Azmade Group”un 5 şirkətindən 20 komanda iştirak edib. Yarışmalar Nə? Harada? Nə Zaman?”əyləncəli oyunu çərçivəsində turnirlər şəklində keçirilib.
Keçirilmiş turnirlərin yekunlarına əsasən birinci yeri “Azertexnolayn” şirkətinin “Texniki Avadanlıqlar Zavodu"nun komandası tutub. İkinci yerin sahibi “AAC” şirkətinin komandası, üçüncü yerdə "Azertexnolayn" şirkətinin “Mərkəz” komandası qərarlaşıb.
Qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılıb və təltif olunublar.

“Azmade Group” - "Azertexnolayn" MMC, "AAC" MMC, "Spark Beton" MMC, "Zəyəm Texnologiyalar Parkı" ASC, "LLS" MMC şirkətlərini əhatə etməklə qarşıya qoyduğu əsas hədəf güclü idarəetmə, müasir texnologiyaların tətbiqi və insan kapitalına yatırımdır. Şirkətlər qrupu fəaliyyət göstərdiyi istiqamətlər üzrə icra etdiyi bütün layihələri əsas və törəmə şirkətlərinin də dəstəyi olmaqla həm ölkə daxilində, həm də ölkə xaricində milli brendlərin güclənməsi və daha çox tanıdılması üzərindən qurmağa üstünlük verir.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 4 d. əvvəl
-
8 d. əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
27 d. əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
1 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"




















