"Yükdaşıma ilə məşğul olan şəxslər artıq məcburi qaydada sadələşdirilmiş vergi ödəyicisi olmayacaqlar"
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun layihəsi Milli Məclisdə müzakirə olunur.
Marja.az xəbər verir ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, 2024-cü ildən yükdaşıma fəaliyyətilə məşğul olan şəxslər növbəti ildən vergiyə yeni qayda ilə cəlb olunacaqlar.
“Bizcon Audit” MMC-nin direktor-auditoru Anar Bayramov bildirib ki, Vergi Məcəlləsinə nəzərdə tutulmuş digər dəyişikliyə əsasən 2024-cü il tarixdən yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər artıq məcburi qaydada sadələşdirilmiş vergi ödəyicisi olmayacaqlar:
"Bildiyimiz kimi mövcud qanunvericiliyə əsasən yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxlər dövriyyələrindən asılı olmayaraq nəqliyyat vasitəsinin hər tonuna görə 1 manat sadələşdirilmiş vergi ödəyirlər. Yəni 40 ton yükdaşıma qabiliyyəti olan nəqliyyat vasitəsilə Bakı şəhərində yükdaşımanı həyata keçirən vergi ödəyicisinin illik dövriyyəsi 1 milyon manat olsa belə, həmin şəxs ancaq aylıq 80(40 ton*1 manat* 2 əmsal) manat sadələşdirilmiş vergi ödəyirdisə, artıq nəzərdə tutulmuş dəyişikliyə əsasən növbəti ildən həmin şəxsin dövriyyəsi ümumi qaydada vergiyə cəlb ediləcək. Yəni dövriyyə 200 min manatdan azdırsa mənfəət(gəlir), dövriyyəsi 200 min manatdan artıq olarsa o zaman həm də ƏDV ödəyicisi olacaqdır və dövriyyəsindən ƏDV hesablayıb büdcəyə ödəyəcək. Əgər vətəndaşlara xidmət göstərəcəksə və dövriyyə 200 min manatdan az olacaqsa, o zaman 2% dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərə bilər. Bəs niyə yükdaşıma fəaliyyəti məcburi sadələşdirilmiş rejimin çıxarılıb, ümumi qaydada vergiləndirildi? Əsas səbəblərdən biri bu sahədə ciddi şəkildə sui-istifadə hallarının baş verməsidir. Belə ki, qeyd etdiyimiz kimi yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxs dövriyyəsindən asılı olmayaraq sabit qaydada az məbləğdə sadələşdirilmiş vergi ödəyir. Təcrübədə rastlaşırıq ki, bəzi şirkətlər öz vergi yükünü azaltmaq məqsədilə yükdaşıma şirkətlərindən daşıma ilə bağlı yüksək məbləğdə xərc sənədləri alırlar. Bununla həm süni şəkildə mənfəətlərini az göstərərək az vergi ödəyirlər, həm də pul vəsaitlərini nağdlaşdırırlar. Məlumat üçün qeyd edək ki, məcburi qaydada sadələşdirilmiş verji rejimində fəaliyyət göstərən yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən elektron qaimə faktura üzrə 2022-ci il ərzində 300 milyon manata yaxın daşıma xidməti göstərilmişdir".
Anar Bayramov əlavə edib ki, digər diqqəti çəkən məqamın da olduğunu qeyd edib: "Bildiyimiz kimi yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər mövcud qanunvericiliyə əsasən sadələşdirilmiş vergi ödəyicisidir və ƏDV ödəyərək aldıqları yükdaşıma nəqliyyat vasitələrinə görə ödədikləri ƏDV-ni əvəzləşdirə bilməzlər. Əgər vergi ödəyicisi 2024-cü ildən ƏDV ödəyicisi olduğu dövrdə həmin nəqliyyat vasitəsini təqdim edərsə o zaman 159.7-ci maddəyə əsasən alarkən ödənilmiş ƏDV-si əvəzləşdirilməyən nəqliyyat vasitələrinin satışı ƏDV-yə cəlb edilməyəcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
7 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
8 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda

























