Azərbaycanda son 1 həftədə koronavirus ilə bağlı vəziyyət açıqlandı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (30.10.2023-05.11.2023) 45 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 834 095 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 689 nəfər müalicə olunaraq sağalıb, 10 358 nəfər vəfat edib, aktiv xəstə sayı 48 nəfərdir.
Ölkədə son həftə ərzində 3 184, hazırkı dövrədək isə 7 706 434 test aparılıb.
XXX
Azərbaycanda oktyabrın 30-dan noyabrın 5-nə qədər koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 897, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 570, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 373, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 524, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 430 təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
4 d. əvvəl
Dünyanın böyük maliyyə təşkilatı Azərbaycanda Bank Respublikanı seçdi
-
9 d. əvvəl
Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Saziş təsdiqləndi
- 40 d. əvvəl
- 46 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda “Heyvanlarla məsuliyyətli davranış haqqında” yeni qanun layihəsi hazırlanır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Xidməti telekommunikasiya operatorlarından şikayətlərin artdığını bildirir
-
1 saat əvvəl
Kapital Bank-ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib
- 1 saat əvvəl
- 3 saat əvvəl