Bakıda Çin avtomobilləri festivalı keçirilir - FOTOLAR
Bakıda 10-dan artıq Çin brendinin iştirak etdiyi Çin avtomobilləri festivalı açılıb.
Marja.az-ın məlumatına görə, “Park Bulvar” ticarət və əyləncə mərkəzində keçirilən festivalın təşkilatçısı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasıdır (AADA).
AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev bildirib ki, bu festival iri bir layihənin başlanğıcıdır. Son zamanlar Azərbaycanın avtomobil bazarında Çin markalarının sayının və satışlarının artması nəzərə alınaraq, məhz bu ölkədən başlamaq qərara alınıb. İkinci səbəb isə bu ölkənin avtomobilləri ətrafında formalaşmış köhnə stereotip fikirləri alt-üst etməkdir. Yaxın aylarda isə Britaniya, Almaniya, Amerika, Yaponiya, Cənubi Koreya və İtaliya avtomobil istehsalçılarının məhsullarını nümayiş etdirmək üçün bu sayaq festivallar keçiriləcək.
Festivalda Hongqi H5, Maple X3 Pro, MG 4 EV LUX, Chery Tiggo 7 Pro e+, Haval Jolion Hybrid, Jetour Dashing, BAİC X55 II, Skywell ET 5, KAİYİ X3 Pro, Leapmotor C11 və Sinotruk VGV U70 modelləri nümayiş olunur.
Nümayiş olunan avtomobillər hibrid və ya tam elektrik modellərdir.
Festivalda avtomobillər ilə əyani tanış ola, texniki xüsusiyyələri, qiymətləri və digər məlumatları ala bilərsiniz.
Son model Çin avtomobilləri zəng təchizatı, buna qarşı münasib qiymətləri ilə önə çıxırlar. Bütünü dünyada olduğu kimi Azərbaycanda da Çin avtomobillərinin bazar payı sürətlə artır.
Festival sabah da davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)







