Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan-Qırğız İnkişaf Fondunun ilk iclası keçirilib

Mənzil-qərargahı Bişkek şəhərində yerləşəcək Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalı 25 milyon ABŞ dolları təşkil edir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan-Qırğız İnkişaf Fondunun ilk iclası keçirilib

Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının ilk iclası keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının sədri, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş"in dövlət başçısı cənab İlham Əliyevin ötən ilin oktyabr ayında Qırğızıstana dövlət səfəri çərçivəsində imzalandığını xatırladıb və bu Sazişin qüvvəyə minməsi üzrə hər iki tərəfdən dövlətdaxili prosedurların başa çatdırıldığını bildirib.

Reklam_3_11

İqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və imkanlardan səmərəli istifadə olunmasına yardım məqsədilə yaradılan Fond müxtəlif maliyyə alətlərindən istifadə etməklə Qırğızıstanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələrinə investisiyalar yatıracaq. Fond hər iki ölkənin biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərəcək və nəticədə ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə təkan verəcək.

Tədbirdə Fondun maliyyə alətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, bu, kredit, qrant, investisiya, payın alınması kimi alətlər olacaq və alətlərin proporsionallığı müəyyənləşdiriləcək. İclasda Şuranın üzvləri Fondun fəaliyyətinin təşkili üçün həll edilməli olan məsələlərə dair zəruri çərçivəni nəzərdə tutan Yol Xəritəsinin hazırlanması, eləcə də maliyyələşmə, kreditin verilmə proseduru, layihələr üzrə meyarların müəyyən edilməsi və s. məsələlər ətrafında müzakirələr aparıblar.

Qeyd edək ki, Mənzil-qərargahı Bişkek şəhərində yerləşəcək Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalı 25 milyon ABŞ dolları təşkil edir. 

Azərbaycan-Qırğız İnkişaf Fondu
28.07.2023 09:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ