ABŞ-da olan riyaziyyatçılarımıza “Veysəloğlu” və “OBA”dan xoş sürpriz – FOTOLAR
(®) Azərbaycanın parlaq gəncləri mötəbər Beynəlxalq Kopernik Olimpiadasında müstəsna istedadlarını nümayiş etdirmək üçün ABŞ-ın Nyu-York şəhərinə yollanıblar.
Riyaziyyatçılarımız beynəlxalq turnirdə 22 ölkə ilə yarışıb və ölkəmizin komandası 5 kateqoriya üzrə təmsil olunub.
Əlamətdar səyahətə çıxan 60 azərbaycanlı istedadı məşhur Tayms meydanında xoş sürpriz qarşılayıb. Veysəloğlu Şirkətlər Qrupu və ona daxil olan “OBA” marketlər şəbəkəsinin təşkilatçılığı ilə gənc istedadların olimpiada gedişatında çəkilmiş fotoları Tayms meydanında yerləşən ekranlardan birində yayımlanıb. Həmin an riyaziyyatçılarımız baş verən hadisə qarşısında öz təəccüb və sevinclərini gizlədə bilməyiblər.
Bu gözlənilməz hadisə ilə “Veysəloğlu” və “OBA” ölkəmizi yüksək səviyyədə təmsil edən riyaziyyatçılarımıza öz təşəkkürünü bildirməyə, həmçinin gəncləri təhsildə mükəmməlliyə təşviq etməyə çalışıb.
Qeyd edək ki, "Global Olympic Center"in təşkilatçılığı ilə keçirilən beynəlxalq olimpiadanın qlobal mərhələsində ölkəmizi müxtəlif yaş qrupunda və müxtəlif məktəblərdən seçilmiş 60 istedadlı şagirddən ibarət komanda təmsil edib.
Olimpiadanın açılış mərasimində komandamızın üzvləri Azərbaycan dövlət himninin sədaları altında səhnəyə çıxıblar.
Riyaziyyatçılarımız Beynəlxalq Kopernikus Olimpiadasında 7 qızıl, 23 gümüş və 13 bürünc medal qazanıblar.
Sonda olimpiada qalibləri mükafatlandırılıb. Mükafatlandırma mərasimində Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim çıxış edərək bütün iştirakçıları və Azərbaycan komandasını təbrik edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 3 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
1 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
2 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Ən çox oxunanlar
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA















.jpg)




