Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Türkiyənin xarici ticarət kəsiri 56 milyard dolları keçdi

Türkiyə Ticarət Nazirliyinin məlumatlarına görə, may ayında xarici ticarət kəsiri 12,7 milyard dollar olub. İlin ilk 5 ayında xarici ticarət kəsiri 56,1 milyard dollara çatıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyənin xarici ticarət kəsiri 56 milyard dolları keçdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

May ayında Türkiyənin xarici ticarətində ikirəqəmli kəsir qeydə alınıb.

Marja.az Türkiyə Ticarət Nazirliyinin məlumatına istinadən xəbər verir ki, may ayında ixrac illik müqayisədə 14,4 faiz artaraq 21,7 milyard dollara, idxal isə 16 faiz artaraq 34,3 milyard dollara çatıb. Eyni dövrdə xarici ticarət kəsiri 19% artaraq 12,7 milyard dollar olub.

May ayında əvvəlki ilin eyni ayına nisbətən; İxracın idxala nisbəti 0,9 bənd azalaraq 63,1 faiz təşkil edib.

Xarici ticarət kəsiri 5 ayda 56,1 milyard dollara yüksəlib

İlin ilk 5 ayına nəzər saldıqda, əvvəlki ilin eyni dövrü ilə müqayisədə; İxrac sabit qalaraq 102,5 milyard dollar, idxal isə 8,9% artaraq 158,6 milyard dollar təşkil edib. Xarici ticarət kəsiri isə eyni dövrdə 29,5% artaraq 56,1 milyard dollar olub.

May ayında ən çox mal ixrac edilən ölkələr; Almaniya (1 milyard 810 milyon dollar), ABŞ (1 milyard 307 milyon dollar) və İngiltərə (1 milyard 51 milyon dollar) olub. İxracda ən yüksək paya sahib ilk 10 ölkənin ümumi ixracatdakı payı 47,5% olub.

May ayında ən çox mal idxal edilən ölkələr; Rusiya Federasiyası (4 milyard 575 milyon dollar), Çin (4 milyard 347 milyon dollar) və Almaniya (2 milyard 672 milyon dollar) olub.

İdxalda ən yüksək paya sahib ilk 10 ölkənin ümumi idxalda payı 60% olub.

02.06.2023 13:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ