Zərgərlik məmulatının saxtalaşdırmaq çətinləşəcək: yeni nəzarət mexanizmi yaradılır
Azərbaycanda insanlar qızıl və gümüşdən hazırlanan zərgərlik məmulatlarını sevsələr də, onların tərkibinin xalisliyini təyin etmək barədə heç də hamı məlumatlı deyil.
Zərgərlik məmulatı alarkən aldanmamaq üçün nələrə diqqət etməliyik?
"Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin sədri Toğrul Abbasquliyev bildirib ki, Azərbaycanda zərgərlik məmulatlarının satışı zamanı əsasən iki aldadılma formasına rast gəlinir:
Metalın tərkibində qızıl az olur
“Zinət əşyalarının satışı ilə bağlı fırıldaqçılıq halları geniş yayılmasa da, müşahidə edilir. Belə hallar daha çox üzərində qiymətli daş olan zərgərlik məmulatlarında yaşanır. Bunlardan birincisi, qızılın əyarının istehlakçıya təqdim olunan məlumatla üst-üstə düşməməsidir. Məsələn, 750 əyarlı qızıl adı ilə satılan metalın tərkibində 68 %, 70 %, 72 % qızıl ola bilər. Əslində isə 750 əyar o deməkdir ki, məmulatın tərkibində 75 % qızıl var, digər hissə qatqılardan ibarətdir. Bizdə qızıl satışında əsas tələbat 585 və 750 əyarlı məmulatlaradır".
Süni brilliant təbii brilliantdan ucuz olmalıdır
T.Abbasquliyev bildirib ki, digər fırıldaqçılıq halı zinət əşyalarının üzərindəki qiymətli daşlarla bağlı yaşana bilər:
“Zərgərlik məmulatının üzərində süni yetişdirilmiş brilliant ola, amma müştəriyə təbii brilliant adı ilə satıla bilər. Buna “CVD” brilliant da deyilir. O, təbii brilliantdan ucuz olur. Bəzi sahibkarlar istehlakçıya satdıqlarının süni daş olduğunu bildirirlər. Belə daşların satışında heç bir qanun pozuntusu yoxdur. Amma istehlakçı bundan məlumatlı olmalıdır. Düzdür, xalq arasında təbii daş daha etibarlı hesab olunur. Amma dünya artıq süni daşlara keçir. Bu sahədə aparıcı sənaye üsullarına malik ölkələr süni daşın yetişdirilməsinə üstünlük verir. Brilliantla yanaşı süni yaqut və zümrüd daşları da olur. Amma Azərbaycanda ən çox populyar olan təbii brilliantdır”.
Müsahibin sözlərinə görə, zinət əşyasının üzərindəki daşın xüsusiyyətləri barədə məlumatlar da alıcıya yanlış verilə bilər:
“Qiymətli daşların rəngi, karatı, şəffaflığı, onun üzərinə düşən şüanın qırılma dərəcəsi və digər xüsusiyyətləri var. Bunlardan ilk üçü əsasdır. Bu məlumatların yanlış formada istehlakçıya çatdırılmağı qanun pozuntusudur. Belə məlumatları hər alıcı bilmir. Amma ölkəmizdə gemmoloji sertifikatı olan mütəxəssislər də var”.
Bu sahəyə nəzarət üçün yeni dövlət mexanizmi yaradılır
T.Abbasquliyev, bu sahədə ciddi tədbirlərin görülməsinin tərəfdarı olduğunu bildirib:
“Dövlət qurumlarına müraciət etmişik. Düşünürəm ki, yaxın zamanda qiymətli metal və daşlara nəzarət edən dövlət qurumu fəaliyyətə başlayacaq. Bu işlə İqtisadiyyat Nazirliyi məşğuldur. Yəqin ki, nazirliyinin özünün və ya hansısa alt qurumunun tabeliyində belə bir qurum və ya şöbə yaradılacaq. Bununla bağlı bizimlə də vaxtaşırı görüşlər keçirilərək məlumat verilir. Biz də müvafiq istiqamətdə öz tövsiyyələrimizi veririk. İstehlakçıların hüquqlarının qorunması vacib amildir. Amma sahibkarların da incidilməməsi, onların artıq yüklənilməməsi önəmlidir".
Onun fikrincə, sözügedən dövlət mexanizmi formalaşandan sonra istehlakçı zərgərlik məmulatının üzərində aidiyyatı dövlət qurumunun möhürünün olub-olmamasına diqqət yetirəcək.
Hər adamdan qızıl-gümüş almaq olmaz
T.Abbasquliyev vətəndaşlara məsləhət görüb ki, sözügedən qurum yaradılana qədər etibarlı sahibkarlardan məhsul alsınlar:
“Vətəndaşlar tanımadıqları və şübhə doğuran satış nöqtələrindən məmulat almasınlar. İkincisi, zərgərlik məmulatını alanda kassa çeki tələb edilməlidir. Kassa çeki ilə yanaşı həmin məmulata aid sertifikat da tələb edilməlidir. Bu sertifikatda məmulatın əyarı, rəngi, üzərində daş varsa, onun məlumatları və digər xüsusiyyətlər göstərilir. Sabah onunla bağlı bir problem ortaya çıxanda istehlakçı həmin kassa çeki və sertifikatla dövlətə şikayət edə bilər. Satıcı sertifikat vermirsə, bu onun fəaliyyətinin şəffaflığı ilə bağlı şübhə doğurur. İstehlakçılarımız daha ucuz olsun deyə kassa çeki verilməyən satış nöqtələrindən məhsul alırlar. Sabah da problem yarananda qaldırdıqları məsələni sübut edə bilmirlər”.
Onun sözlərinə görə, Assosiasiyanın əməkdaşlıq etdiyi şirkətlər var ki, onlar qiymətli metal və daşların sadalanan xüsusiyyətlərə uyğun dəqiq yoxlayıb müştəriyə məlumat verə bilirlər: "Bunun üçün xüsusi avadanlıqlar və şərait olmalıdır".
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
2 d. əvvəl
Startapların maliyyələşməsi ilə bağlı qanun layihəsi hazırlanıb
-
5 d. əvvəl
Rəsmi məlumat: Ötən il Azərbaycanda rəsmi maaş 9,3 faiz artaraq 1103 manata yaxınlaşıb
-
19 d. əvvəl
Məhsul və xidmətlərin ödənişini 35 aya qədər hissələrlə qaytar - “Böl-ödə” krediti
-
25 d. əvvəl
Daha 8 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL MƏNFƏƏT VƏ YA GƏLİR VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
-
26 d. əvvəl
7 obyekt icarə müsabiqəsinə çıxarılıb - aylıq icarə qiyməti 30 manatla 130 manat arasında dəyişir
-
30 d. əvvəl
“Azercell Biznes” korporativ müştərilər üçün İoT və M2M platformasını təqdim edir
- 33 d. əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Startapların maliyyələşməsi ilə bağlı qanun layihəsi hazırlanıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda illik inflyasiya sürətlənib
Ən çox oxunanlar
Tibbi avadanlıqlar üzrə qlobal şirkət Azərbaycanda rəsmi distribütor təyin etdi - Saziş Dubayda imzalandı
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalarını) ləğv etməlidirlər"
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
“Zira Olives” Sumqayıtda mağaza açır
"FERRUM Kapital”ın 4 milyon manat borclanacağı tarix açıqlanıb

























