Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ZEEKR brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və 9X modelinin təqdimatı keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
ZEEKR brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və 9X modelinin təqdimatı keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Babək prospekti 37 ünvanında ZEEKR brendinin Azərbaycandakı satış mərkəzinin yeni binasının rəsmi açılış mərasimi baş tutub. Tədbir çərçivəsində brendin yeni flaqman modeli — ZEEKR 9X ilk dəfə geniş ictimaiyyətə təqdim olunub.

Açılış mərasimində simvolik qızıl lent Efendiler Group-un icraçı direktoru Amal ƏliliZEEKR brendinin regional direktoru Kai Li tərəfindən kəsilib.

Tədbirdə avtomobil sənayesinin nümayəndələri, media təmsilçiləri və dəvətli qonaqlar iştirak ediblər.

Tədbir boyu qonaqlar üçün canlı orkestr ifası təqdim olunub. Klassik musiqi müşayiəti mərasimə xüsusi ab-hava qataraq ZEEKR brendinin premium mövqeyini və təqdim olunan modellərin eksklüziv xarakterini ön plana çıxarıb.

Tədbirdə çıxış edən Efendiler Group-un icraçı direktoru Amal Əlili bildirib ki, ZEEKR Azerbaijan-ın yeni satış mərkəzinin açılışı və flaqman 9X modelinin təqdimatı qrup üçün mühüm mərhələdir. O qeyd edib ki, Babək prospektində fəaliyyətə başlayan yeni ZEEKR satış və servis mərkəzi müasir satış salonu, güclü satış sonrası xidmət infrastrukturu və geniş servis imkanları ilə müştərilərə premium səviyyəli təcrübə təqdim edəcək.

ZEEKR brendinin Mərkəzi Asiya üzrə regional direktoru Kai Li çıxışı zamanı Azərbaycanın sürətlə inkişaf edən avtomobil bazarına və ölkənin innovativ texnologiyalara açıq mövqeyinə diqqət çəkib. O bildirib ki, Azərbaycan ZEEKR üçün strateji əhəmiyyət daşıyan bazarlardan biridir və brend burada uzunmüddətli və davamlı inkişaf planları qurur.

Mərasimin əsas hissəsində isə ZEEKR-in yeni flaqman modeli — ZEEKR 9X təqdim edilib. Tam ölçülü premium SUV seqmentinə aid olan bu model yüksək performans, qabaqcıl təhlükəsizlik sistemləri və üstün komfort səviyyəsini bir araya gətirir. Futuristik dizayn dili, geniş və rahat salon konsepti, premium materiallardan istifadə, rəqəmsal idarəetmə və inkişaf etmiş multimedia imkanları ZEEKR 9X-i öz sinfində fərqləndirən əsas xüsusiyyətlər sırasındadır.

ZEEKR 9X-ın təqdimatı ilə ZEEKR brendi Azərbaycanda premium avtomobil seqmentində mövqeyini daha da gücləndirdiyini nümayiş etdirib. Yeni satış və servis mərkəzi isə müştərilərə beynəlxalq standartlara uyğun xidmət və real premium təcrübə təqdim etməyi hədəfləyir. Daha ətraflı məlumat üçün Babək prospekti 37 ünvanına müraciət etmək və ya *2299 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

ZEEKR Azerbaijan ZEEKR satış mərkəzi Bakı ZEEKR Babək prospekti 37 ZEEKR 9X təqdimatı ZEEKR 9X modeli premium SUV Azərbaycan elektrik avtomobillər Azərbaycan ZEEKR avtomobilləri ZEEKR yeni model ZEEKR satış və servis mərkəzi Efendiler Group ZEEKR regional direktoru Kai Li ZEEKR premium avtomobil brendi elektrik SUV seqmenti ZEEKR showroom açılışı Azərbaycan avtomobil bazarı premium avtomobil təqdimatı ZEEKR servis xidmətləri ZEEKR müasir satış salonu elektrik nəqliyyat texnologiyaları ZEEKR innovativ avtomobil ZEEKR futuristik dizayn ZEEKR multimedia sistemləri Azərbaycanda elektrik avtomobillər premium avtomobil bazarı Azərbaycan
11.02.2026 13:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18