Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

IBM-in gəlirləri və xalis mənfəəti azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
IBM-in gəlirləri və xalis mənfəəti azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın texnologiya şirkəti IBM, ilin ikinci rübündə xalis mənfəət və gəlirlərinin azaldığını bildirib.


 
"Marja" xəbər verir ki, IBM-dən verilən açıqlamada, aprel-iyun aylarında gəlirin, keçən ilin eyni dövrü ilə müqayisədə 4,7% azalaraq 19,29 milyard dollar olduğu bildirilib. Şirkət 2016-nın ikinci rübündə 20,24 milyard dollar gəlir əldə etmişdi.

Reklam_3_11


 
 Açıqlamada, şirkətin xalis mənfətinin də ilin ikinci rübündə 2016-nın eyni dövrü ilə müqayisədə 6,8 faiz azalaraq 2,33 milyard dollara gerilədiyi ifadə edilib. IBM-in xalis mənfəəti keçən ilin aprel-iyun aylarında 2,5 milyard dollar olmuşdu.
 


Qurumun səhm başına dividendi  ötən ilin ikinci rübündə 2,61 dollar olduğu halda, bu ilin müvafiq dövründə 2,48 dollara enib.


 
Məlumatların açıqlamasının ardından Şirkətin Nyu-York Birjasında səhminin dəyəri 3,2 faiz azalaraq 149,11 dollara qədər geriləyib.

19.07.2017 06:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ