ADY "Nəqliyyat və Logistika – 2023" sərgisində iştirak edib
(®) ‘’Azərbaycan Dəmir Yolları’’ (ADY) QSC-nin sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti ‘’Nəqliyyat və Logistika – 2023’’ adlı beynəlxalq sərgidə iştirak etmək məqsədilə Münhen şəhərinə səfər edib.
ADY sədri R. Rüstəmov ‘’İnterRail’’, ‘’DHL’’, ‘’Forwardis’’, ‘’Hupac’’, ‘HHLA, ‘’DB Cargo’’, ‘’PKP Cargo’’ və s. beynəlxalq yükdaşımaları şirkətlərinin rəhbərləri ilə keçirilən ikitərəfli görüşlərdə Orta Dəhliz ilə konteyner yüklərinin Çindən Avropaya sürətlə daşınması, tranzit vaxtının optimallaşdırılması, yük həcmlərinin artırılması və yeni yüklərin cəlb olunması məsələlərini geniş müzakirə edib.
Yüklərin ötürücülüyünü artırmaq məqsədilə Orta Dəhlizin iştirakçısı olan bütün dəmir yolları qurumları ilə ortaq məlumat mübadiləsinin yaradılması, daşınan yüklərin hərəkətinin Əməliyyat mərkəzi ilə əlaqələndirilməsi, orta müddətə planlaşdırmanın təkmilləşdirilməsi, infrastrukturda həyata keçirilən layihələr, o cümlədən marşrut üzrə ‘‘darboğazların’’ aradan qaldırılması və hərəkət tərkibinin hazırlığı ilə bağlı şirkət rəhbərlərinə ətraflı məlumat verilib.
Qeyd olunub ki, 2022-ci il ilin I rübü ilə müqayisədə 2023-cü ilin ilk 3 ayında Çindən və Orta Asiyadan konteyner yüklərinin Azərbaycan dəmir yolları vasitəsilə Avropaya çatdırılması xeyli optimallaşdırılmış, biznes tərəfdaşların sifarişləri məzilbaşına 20 günə çatdırılaraq müştəri məmnunluğu təmin edilmişdir.
Xatırladaq ki, ‘’Nəqliyyat və Logistika – 2023’’ sərgisində ADY-nin törəmə şirkətləri olan ‘’ADY Express’’ və ‘’ADY Konteyner’’ MMC birgə stendlə təmsil olunur.
Münhen şəhərində təşkil olunmuş sərgidə 65 ölkəni təmsil edən 2500-ə yaxın şirkət fərdi stendləri ilə nəqliyyat, logistika, yükdaşıma və yüksək texnologiyalar sahəsində göstərdikləri xidmətlər haqqında geniş təqdimatlar keçirirlər.
1978-ci ildən etibarən iki ildən bir keçirilən “Nəqliyyat və Logistika” sərgisi dünyada miqyasına görə ilk beşliyə daxildir. Sərgi avtomobil, dəmir yolu, su və hava nəqliyyatı ilə daşımalara həsr olunan ən böyük beynəlxalq platformadır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
- 22 saat sonra
- 22 d. əvvəl
-
59 d. əvvəl
Bakıda “McDonald’s”ın beynəlxalq EMEA sammitləri keçirilib – FOTO
-
1 saat əvvəl
Şəffaflıq və açıqlama sahələrində irəliləyişlərə görə SOCAR-ın reytinqi qaldırıldı
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ildə mənzil bazarında alıcıların üstünlük verdiyi yeni trendlər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
İş yerinə dair arayışın alınması "mygov”a köçürülüb
Azərbaycan neftinin son qiyməti
Avropa İttifaqında orta aylıq maaş 3300 avronu keçib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Bakı Elektroavtomat”ın rəhbərliyi formalaşdırılacaq
Azərbaycan Çin şirkətilə 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsi üçün müqavilə imzaladı
Bu il Kino Agentliyinə ayrılmış vəsaitdən qalan 5 milyonun gələn il necə xərclənəcəyi açıqlanıb
Sənaye şirkəti ləğv edilir
İnvestisiya şirkətində növbədənkənar yığıncaq keçiriləcək




















