Avropa İttifaqı ilk dəfə Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edə bilər
Avropa İttifaqı (Aİ) ilk dəfə olaraq Ukraynaya hücumu fonunda Rusiyaya dəstək verdiyi iddia edilən Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.
Marja xəbər verir ki, bu barədə Financial Times xəbər verir.
Brüssel Ukraynada münaqişə başlayandan bəri ilk dəfə olaraq Rusiyaya hərbi dəstək verən Çin şirkətlərinə sanksiya tətbiq etməyi təklif edib.
Qəzetin əldə etdiyi məlumata görə, söhbət Rusiya Federasiyasına avadanlıq tədarük etməkdə ittiham olunan 7 Çin şirkətinə qarşı mümkün sanksiyalardan gedir. Onların arasında,3HC Semiconductors, King-Pai Technology, Sinno Electronics, Sigma Technology şirkətlərinin adları var.
Eyni zamanda, qəzetin yazdığına görə, Aİ bəzi İran şirkətlərinə guya Rusiya Federasiyasına yardım etdiyinə görə sanksiyalar tətbiq etməyi təklif edib.
Avropa Komissiyası iddialara şərh verməkdən imtina edib.
Bundan əvvəl KİV-lər Avropanın yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyalar paketi təklif edə biləcəyini, Aİ ölkələrinin səfirlərinin gələn çərşənbə günü bunu müzakirə etmək niyyətində olduğunu yazıb.
Avropa İttifaqı artıq Rusiyaya qarşı on sanksiya paketi təqdim edib. Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti çatmır. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə eşidilib. Rusiya prezidenti Vladimir Putin daha əvvəl bəyan etmişdi ki, Rusiyanı zəiflətmək siyasəti Qərb üçün uzunmüddətli strategiyadır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
23 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
-
25 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 37 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur























