"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti azalıb
"Azərbaycan Sənaye Bankı" ASC (ASB) 2023-cü ilin 1-ci rübünü (yanvar-mart) 1 milyon 63 min manat xalis mənfəət ilə başa vurub.
Marja.az xəbər verir ki, "Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə 516 min manat və ya 33% azalıb. Xalis mənfəətin azalması Bankın faiz və qeyri-faiz xərclərinin gəlirlərindən daha çox artması ilə əlaqədardır. Həmçinin, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olan məbləğ də azalıb.
ASB 2022-ci ilin 1-ci rübünü 1 milyon 569 min manat xlias mənfəət ilə bağlamışdı.
2023-cü ilin 1-ci rübündə "Azərbaycan Sənaye Bankı"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 9 milyon 876 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 8 milyon 861 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 15 min manat təşkil edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olmuş 337 min manat mənfəətə əlavə olunub. ASC ilk rübdə 289 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 1-ci rübündə "Azərbaycan Sənaye Bankı"nın cəmi əməliyyat gəlirləri 7 milyon 692 min manat, cəmi əməliyyat xərcləri 6 milyon 368 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 297 min manat təşkil etmişdi. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olmuş 642 min manat mənfəətə əlavə olunmuşdu. ASC ilk rübdə 370 min manat mənfəət vergisi ödəmişdi.
"Azərbaycan Sənaye Bankı"nın gəlirləri 2 milyon 184 min manat, xərcləri isə 2 milyon 493 min manat artıb.
BANK KİÇİLİB
31 Mart 2023-cü il tarixində "Azərbaycan Sənaye Bankı" ASC 718 milyon 786 min manat cəmi aktivlərə, o cümlədən, 238 milyon 109 min manat kredit portfelinə, 419 milyon 730 min manat digər banklarda depozit portfelinə malik olub. Bank 2022-ci ilin sonunda 747 milyon 621 min manat cəmi aktivlərə, o cümlədən 241 milyon 596 min manat kredit portfelinə, 403 milyon 758 min manat digər banklarda depozit portfelinə malik olub.
DEPOZİT PORTFELİ AZALIB
"Azərbaycan Sənaye Bankı" nda fiziki və hüquqi şəxslərin cəmi depozitləri 31 dekabr 2022-ci il tarixində 449 milyon 675 min manat ikən, 31 mart 2023-cü il tarixində 417 milyon 721 min manat təşkil edib.
31 Mart 2023-cü il tarixində "Azərbaycan Sənaye Bankı" 105 milyon 458 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)





