Ona 8 ay əvvəl "Məcnun 5 il sonra özünü harada görür?" sualı verilmişdi - VİDEO
Bu suala dəqiq cavab verməkdən yayınan Məcnun Məmmədov "Məcnun işini daha çox sevir, əsasən də kənd təsərrüfatı və qidanı" deyə bildirmişdi.Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin mzaladığı Sərəncam ilə Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.
Marja.az xəbər verir ki, təyinatadək Məcnun Məmmədov 52 milyon 560 min manat nizamnamə kapitalı olan "GRAND-AGRO" MMC-nin direktoru olub. Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilərr pr 153-dür (Port Baku).
"Grand-Agro "MMC-nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun bağlarının salınmasını həyata keçirir.
Həmçinin Məcnun Məmmədov "Agro Food Investments" MMC (AFİ) şirkətinin rəhbəri olub. Bu şirkət Azərbaycanın ən böyük agrar və qida şirkətlər qrupundan biridir. AFİ bu sahədə fəaliyyət göstərən bir neçə şirkəti və onların istehsalat sahələrini, o cümlədən zeytun yağı istehsalı müəssisəsi, fındıq emalı müəssisəsi, badam emalı müəssisəsi, ting və calaqaltı istehsalı müəssisəsi, uçucu yağlar emalı müəssisəsi, açıq və qapalı şəraitdə gül yetiştiriciliyi və emalı və minlərlə hektar fındıq, badam, zeytun və qarışıq meyvə bağlarını idarə edir. Bunlarla yanaşı, qrup, dəyər zəncirinin bir neçə mərhələsində təmsil olunmaqla, logistika, saxlanc xidməti, quru və soyuducu kameralar, laboratoriyalar kimi tamamlayıcı biznes sahələrinə daxil olmuş və keyfiyyət və dayanıqlılığı təmin etməyi hədəfləmişdir.
Məcnun Məmmədov "PMD Group", "Modern Group", "AER" və "Deloitte" şirkətlərində müxtəlif vəzifələrdə çalışıb.
M.Məmmədov 1983-cü ildə Bakıda anadan olub, 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə Pakistanın Lahor Universitetində Biznesin idarə edilməsi üzrə magistr təhsili alıb, 2017-ci ildə ABŞ-da aqrobiznes üzrə SABIT (Special American Business Internship Training) proqramının iştirakçısı olub.
Qeyd edək ki. təxminən 8 ay əvvəl (10 Avqust 2022) "10-a kimi" layihəsi çərçivəsində Məcnun Məmmədovdan müsahibə alınıb. Ona, "Məcnun 5 il sonra özünü harada görür?" sualı da verilmişdi. Məmmədov müsahibəsində "Məcnun işini daha çox sevir, əsasən də kənd təsərrüfatı və qidanı" demişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
15 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 15 saat əvvəl
-
15 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"




















