Dövlət İqtisad Universitetinin dünya universitetləri reytinqində yeri açıqlanıb
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dünya universitetləri reytinqində 501-530-cu olub.QS Dünya Univetsitetləri Reytinqi (WORLD UNIVERSITY RANKINGS) sahələr üzrə reytinqini açıqlayıb.
UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) ilk dəfə olaraq, İqtisadiyyat və Ekonometrika üzrə dünyada ən yaxşı 501-530 univesitetlər qrupuna yüksəlib. Bu barədə Marja-ya UNEC-dən bildirilib.
Qeyd edilib ki. bu nəticə dünyada 2016-2020-ci illərdə dərc olunmuş 16,4 milyon məqalənin, 2016-2021-ci illərdə 117,8 milyon istinadın QS tərəfindən təhlili nəticəsində müəyyən edilib. Qiymətləndirmə zamanı 2018-2022-ci illərdə dünya üzrə 151 000 elm adamının və 99 000-dən çox qlobal işəgötürənin də səsi nəzərə alınıb.
Reytinq qiymətləndirməsi akademik reputasiya, işəgötürənlər reputasiyası, elmi nəşrlərə istinadlar, H indeksi və beynəlxalq tədqiqat şəbəkələşməsi (International Research Network) olmaqla, 5 müxtəlif kateqoriya üzrə aparılan analizlərin nəticəsində hesablanır. UNEC-in ilk dəfə yer tutduğu İqtisadiyyat və Ekonometrika sahəsi də sözügedən beş istiqamət üzrə ayrı-ayrılıqda hesablanan nəticələr əsasında müəyyənləşib.
Ümumilikdə 2023-cü ildə QS Dünya Universitetlər Reytinqi 1594 ali təhsil müəssisəsi üzrə 54 fərdi fənn istiqaməti əsasında dünyanın ən yaxşı universitetlərini sıralayıb. Bu il reytinq sıralarında ən çox ABŞ, İngiltərə, Çin, Fransa və Hindistanda yerləşən ali təhsil müəssisələri yer tutub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 13 d. əvvəl
- 25 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb
-
2 saat əvvəl
Azercell Premium Tarifi və Premium+ Loyallıq Proqramını istifadəyə verib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib
-
2 saat əvvəl
Qeydiyyatsız siqaret istehsalı ilə məşğul olanlar cərimələnəcək - MƏBLƏĞLƏR
-
2 saat əvvəl
Azərbaycanla Slovakiya birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verib
-
2 saat əvvəl
Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək
- 3 saat əvvəl