BYD-dən taksi operatorları və avtomobil parklae üçün yeni marka: Linhui
Çinli elektrikli avtomobil istehsalçısı BYD Co ənənəvi istehlakçı satışlarından kənara çıxaraq kommersiya elektrikli avtomobil bazarına yönəlmiş strategiyasını gücləndirmək məqsədilə avtomobil parkları və ride-hailing (taksi platformaları) operatorları üçün yeni alt markasını istifadəyə verib.BYD, taksi operatorları və avtomobil parkları üçün "Linhui" adlı yeni alt markasını təqdim edib.
Marja xəbər verir ki, Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinə edilən müraciətlərə görə, "Linhui" intensiv istifadə və kommersiya əməliyyatlarına uyğunlaşdırılmış şəkildə hazırlanıb.
BYD, elektrikli avtomobil bazarında fərdi istifadəçilərdən sonra bu dəfə taksi və avtomobil parkları operatorlarına yönəlir. Çin istehsalçısı, "Linhui" alt markasını işə salmaqla kommersiya elektrikli avtomobil bazarında hədəfini dəqiqləşdirib.
Bloomberg News-un sektor mənbələrinə istinadən verdiyi məlumata görə, "Linhui" markası altında təqdim olunacaq avtomobillər dayanıqlılıq, yüksək kilometraj performansı və uzunmüddətli əməliyyatlara uyğunluq meyarları əsasında mövqeləndirilib.
Linhui məhsul xətti BYD-nin populyar modelləri əsasən hazırlanan müxtəlif variantları əhatə edir:
Linhui e5 – Qin PLUS sedan əsasında hazırlanmışdır.
Linhui M9 – Xia DM-i çox məqsədli avtomobil əsasında hazırlanmışdır.
Linhui e9 – Han elektrikli sedanın kommersiya istifadəsinə uyğunlaşdırılmış versiyasıdır.
Bu yanaşma BYD-nin mövcud platformalarından istifadə edərək inkişaf xərclərini məhdudlaşdırmaq və kommersiya müştərilərinə daha sürətli həllər təqdim etmək məqsədi daşıyır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
5 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 17 d. əvvəl
- 19 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















