“e-Tabib” mobil tətbiqinin yeni versiyasının təqdimatı keçirilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “e-Tabib” mobil tətbiqinin təqdimat mərasimi keçirilib. Məqsəd “e-Tabib” mobil tətbiqinin vətəndaşlar üçün təqdim etdiyi geniş xidmət növləri haqqında ictimaiyyəti məlumatlandırmaq olub.
Tədbirdə media və vətəndaş cəmiyyətinin nümayəndələri, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, AzInTelecom” MMC-nin və digər qurumların nümayəndələri iştirak ediblər.
Agentliyin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin rəhbəri Ramil Mehdiyev iştirakçıları salamlayaraq tədbiri açıq elan edib:
“İnternetdən istifadənin əhatə dairəsinin genişlənməsi rəqəmsal texnologiyaların inkişafına yol açır. Rəqəmsallaşma məlumatların elektronlaşdırılmasına xidmət edən, məlumatların kağız daşıyıcılarında istifadəsini və saxlanılmasını tədricən minimallaşdıran və ya ümumiyyətlə ləğv edilməsini təmin edən prosesdir. Ölkəmizdə rəqəmsal texnologiyaların üstünlüyü nəzərə alınır və bu istiqamətdə müvafiq dövlət qurumları tərəfindən önəmli addımlar atılır. Agentik olaraq rəqəmsal texnologiyanın inkişafı istiqamətində görülən tədbirlərdən biri də “e-Tabib” mobil tətbiqinin yeni versiyada istifadəyə verilməsidir. Mobil tətbiqin yeni versiyasının yaradılmasında məqsəd istifadəçilərin aldıqları tibbi xidmətlərin nəticələrini elektron qaydada izləmələrini daha rahat və çevik etməkdir. Ümidvarıq ki, təkmilləşdirilmiş versiya əhalinin tətbiqdən istifadəsini, şəxsi məlumatları ilə tanışlığı asanlaşdırmağa xidmət edəcək”.
Daha sonra Agentliyin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin Məlumatların təhlili və mübadiləsi şöbəsinin müdiri Nicat Kərimov mobil tətbiq barədə qonaqlara ətraflı məlumat verib.
Onun sözlərinə görə, mobil tətbiqin yeni versiyası daha funksionaldır. Əvvəlki versiya yalnız COVID-19 infeksiyası ilə əlaqəli idisə, təkmilləşdirilmiş yeni versiyadakı funksiyalar vətəndaşların vaxt itkisinin qarşısını almağa, onlara göstərilən tibbi xidmətlərin tarixçəsini izləmələrinə imkan yaradır:
“Vətəndaşlar mobil tətbiq vasitəsilə tibb müəssisələrinə müraciətləri, qoyulan diaqnozlar, müayinə və laborator analiz nəticələri, tibbi arayışlar və göndərişlər vərəqəsi ilə onlayn qaydada tanış ola biləcəklər. Bütün sadalanan sənədlər mobil tətbiqdə “Şəxsi məlumatlarım” bölməsində əks olunur. Bununla yanaşı, göstərilən xidmətlərin keyfiyyətinin ölçülməsi, vətəndaşların məmnunluğunun öyrənilməsi məqsədilə mobil tətbiq vasitəsilə xidmət göstərən tibb müəssisəsinin və tibb işçisinin fəaliyyətini qiymətləndirmək mümkün olacaq”.
“e-Tabib” istifadəçiləri “Faydalı məlumatlar” bölməsindən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrini tətbiqdəki xəritə üzərindən görə bilər, ən yaxın olan tibb müəssisəsini seçərək mobil telefonlarında olan naviqasiya tətbiqləri ilə əlaqələndirə bilərlər. Əlavə olaraq, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərlə, Milli peyvənd təqvimi, ən çox verilən suallarla tanış ola bilərlər. Əgər axtarılan sualın cavabı siyahıda yoxdursa əlaqə bölməsinə daxil olaraq yeni sual yaradıb müraciət göndərilə bilər. Eləcə də mobil tətbiq vətəndaşlara ərizə, təklif və şikayətlərini göndərmələri üçün imkan yaradır.
N.Kərimov mobil tətbiqlə bağlı gələcək planlar barədə də açıqlama verib:
“Mobil tətbiqin təkmilləşdirilməsi, əhaliyə təqdim olunan tibbi xidmətlərin elektronlaşdırılması prioritet məqsədlərimizdəndir. Gələcək planlarımızda həkim qəbuluna yazılmaq üçün randevu modulunun tətbiqi nəzərdə tutulur”.
Sonda şöbə müdiri iştirakçıların suallarını cavablandırıb.
Həmçinin tədbir zamanı iştirakçılar Quba Rayon Mərkəzi Xəstəxanasından dəvət olunmuş ixtisaslı həkimlər tərəfindən tibbi müayinələrə cəlb olunublar. İştirakçılara göstərilən tibbi xidmətlərlə bağlı məlumatlar “e-tabib” mobil tətbiqində əks olunub.
Qeyd edək ki, mobil tətbiqə 2 üsulla daxil olmaq mümkündür: ASAN Login və mobil nömrə ilə. ASAN Login ilə daxil olduqda tətbiqdəki bütün məlumatlarla tanış olmaq mümkündür. Mobil nömrə vasitəsilə daxil olduqda isə yalnız COVID-19 və faydalı məlumatları görmək mümkündür.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
-
11 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
11 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
11 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























