Bakı Limanı zərərdən mənfəətə keçib
Bakı Limanı 2021-ci ildə təxminən 3 milyon manat xalis mənfəət əldə edib“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) 2021-ci ili 2 milyon 907 min manat xalis mənfəətlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti 2020-ci ildən 2,757 milyon manat xalis zərərlə çıxmışdı.
2021-ci ildə Bakı Limanının əsas əməliyyat gəlirləri 42,196 milyon manat (2020-ci ilə nisbətən 34 % çox), agentlik haqlarından (digər əməliyyat) gəlirləri 920 min manat (43,5 % çox) təşkil edib.
Ötən il Limanın əməkhaqqı və işçilərlə bağlı digər xərcləri 13,731 milyon manat (3,1% çox), yükləmə-boşaltma fəaliyyəti ilə bağlı xərcləri 9,544 milyon manat (51,8 % çox), köhnəlmə və amortizasiya xərcləri 3,4 milyon manat (1,7 % çox), saxlanma və təmir xərcləri 3,339 milyon manat (3,3 % az), maliyyə aktivləri üzrə gözlənilən kredit zərərləri üçün xalis xərcləri 1,606 milyon manat (2,1 dəfə çox), sosial xərcləri 982 min manat (11,8 % az), məzənnə fərqi üzrə zərəri 899 min manat (39,1 dəfə çox), kommunal xərcləri 758 min manat (7 % az), peşəkarlıq üçün xidmət haqları və məsləhət xidmətləri xərcləri 716 min manat (3,3 dəfə çox), İT və kommunikasiya xərcləri 674 min manat (10,4 % az), sığorta xərcləri 562 min manat (40,6% az), tədbirlərlə bağlı xərcləri 446 min mnat (16,1 % çox), sanitariya və ekoloji xərcləri 380 min manat (16,7% çox), ezamiyyə xərcləri 202 min manat (85,3 % çox), ofis təchizatı xərcləri 198 min manat (20,2 % az), bank komissiyaları 169 min manat (61 % çox), reklam xərcləri 117 min manat (6,4 % çox), tədqiqat və inkişaf xərcləri 34 min manat (3 dəfə az), əməliyyat xərcləri 243 min manat (8,1 dəfə az), digər xərcləri 52 min manat (3,8 dəfə az), mənfəət vergisi ödəmələri 1,349 milyon manat (əvvəlki il qənaət edib), digər vergi ödəmələri isə 807 min manat (13,4 % az), təşkil edib.
2022-ci il yanvarın 1-nə Bakı Limanının aktivləri 107,516 milyon manat olub ki, bu da illik müqayisədə 28,6 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 60 % artaraq 16,008 milyon manata, balans kapitalı isə 24,3 % artaraq 91,507 milyon manata çatıb.
Xatırladaq ki, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manatdır. Liman yük, neft və bərə terminallarından ibarətdir.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
11 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
11 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
























