Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
Mərkəzi Bank Maliyyə Sisteminin Yaşıllaşdırılması Üzrə Mərkəzi Banklar və Nəzarət Qurumları Şəbəkəsinə (NGFS - Network of Central Banks and Supervisors for Greening the Financial System) tamhüquqlu üzv kimi qəbul olunub.
Mərkəzi Bank şəbəkənin tamhüquqlu üzvü kimi işçi qruplarının fəaliyyətində iştirak edəcək, iqlim ssenarisi təhlili, yaşıl maliyyə, iqlim stres-testləri, eləcə də dayanıqlılıq amillərinin pul siyasəti və prudensial nəzarət çərçivələrinə inteqrasiyası sahələrində kollektiv tədqiqatlara həm töhfə verəcək, həm də onlardan faydalanacaq.
Mərkəzi Bankın bu şəbəkəyə qoşulması onun dayanıqlı maliyyə gündəliyinin, o cümlədən Yaşıl taksonomiyanın tətbiqi, yaşıl istiqraz bazarının formalaşdırılması və maliyyə sektorunda iqlim riskləri ilə bağlı açıqlamalarının tətbiqinin dərinləşdirilməsini şərtləndirəcəkdir. Mərkəzi Bankın Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsinin icrası istiqamətində əsas təşəbbüslərdən biri olan bu üzvlük həm də Azərbaycanın Paris İqlim Sazişi çərçivəsindəki milli öhdəlikləri və iqtisadiyyatın yaşıl, dayanıqlı inkişaf istiqamətində transformasiyası üzrə siyasəti ilə də uzlaşır.
Qeyd edilib ki, NGFS dünyanın müxtəlif ölkələrindən mərkəzi bankları və nəzarət orqanlarını bir araya gətirərək maliyyə sektorunda ətraf mühit və iqlim risklərinin idarə olunmasının inkişafına töhfə vermək, bu sahədə qabaqcıl təcrübələrin paylaşılmasını təşviq etmək və dayanıqlı iqtisadiyyata keçidi dəstəkləmək üçün maliyyə axınlarının səfərbər olunmasını hədəfləyən qlobal şəbəkədir.
Mərkəzi Bank bundan sonra da beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı inkişaf etdirərək qlobal çağırışlara uyğun siyasətlərin formalaşdırılmasını davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı

























