2022-ci ildə Azərbaycan şokolad ixracını 1,7 dəfə artırıb
Azərbaycan 2022-ci ildə 4 min 539 ton şokolad ixrac edib, bu da 2021-ci ilin göstəricisindən 74% çoxdur. Bu barədə hökumətdən məlumat verilib.
Azərbaycandan ixrac olunan şokoladın dəyəri 11 milyon 790,12 min dollar həcmində qiymətləndirilir (artım 2,1 dəfə).
Həmçinin, Rusiyaya ixrac 1 milyon 719,76 min dollar (аzalma 11,9%) dəyərində 679 ton (аzalma 28,9%) təşkil edib.
Gürcüstana 1 milyon 956 min dollar dəyərində 678,5 ton, Səudiyyə Ərəbistanına 1 milyon 463 min dollar dəyərində 508 ton, BƏƏ-yə - 1 milyon 207 min dollar dəyərində 470 ton şokolad ixrac olunub.
Eyni zamanda, 2022-ci ildə Azərbaycan 59 milyon 214,91 min dollar dəyərində (artım 4,4%) 19 min 146 ton (azalma 10,3%) şokolad idxal edib.
Azərbaycana şokoladın ən iri tədarükçüsü Rusiya olub. Xüsusilə, 2022-ci il ərzində Rusiyadan dən 32 milyon 71 min dollar dəyərində (azalma 8,4%) 12 min 96 ton (azalma 21,3%) şokolad idxal edilib. Hesabat dövründə Azərbaycana şokolad idxalının 63,2%-i Rusiyanın payına düşüb.
Azərbaycana şokoladın digər iri tədarükçüsü isə Ukrayna olub. 2022-ci il ərzində bu ölkədən 4 milyon 635 min dollar dəyərində 1794 ton məhsul idxal edilib.
5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
“İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
4 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 7 saat əvvəl
-
7 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"

















