Qeyri-formal məşğulluq ilə bağlı hesabat hazırlanıb, Prezidentə təqdim olunacaq
Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 mart 2017-ci il tarixli Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib.
İclasda dövlət başçısının 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində 2022-ci il ərzində görülmüş işlər, əldə edilmiş nəticələr və qarşıda duran vəzifələr müzakirə edilib.
Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində ötən il görülmüş işlər və əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib. Komissiyanın fəaliyyəti dövründə əmək münasibətlərinin leqallaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində əmək müqaviləsi bildirişlərinin sayının 37 faiz artdığı vurğulanıb.
İclasda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Komissiyanın Qanunvericilik və idarəetmə üzrə işçi qrupunun rəhbəri Anar Əliyevin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini, Qeyri-formal məşğulluq nəticəsində yaranan gəlirlərin gizlədilməsinin səbəblərinin araşdırılması üzrə İşçi qrupun rəhbəri İlkin Vəliyevin və rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun məruzələri dinlənilib.
Müzakirələrdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehtiyev, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov və digərləri çıxış edərək müzakirə olunan məsələlərə münasibət bildiriblər.
“Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar dövlət başçısına təqdim ediləcək hesabatın layihəsi müzakirə edilərək qəbul olunub.
Komissiyanın sədri tərəfindən ölkəmizdə əmək münasibətlərinin leqallaşdırılması istiqamətində qarşıda duran vəzifələrin icrasına dair tapşırıqlar verilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
6 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi


























