11 ildə 27 milyard dollar bağışladı
Dünyada 76,3 mlrd. ABŞ dolları vəsaitlə 4-cü ən zəngin insan olan amerikalı investor Uorren Baffet 2006-cı ildən indiyədək 27,54 mlrd. dolları vəsaitini müxtəlif xeyriyyə cəmiyyətlərinə bağışlayıb.
"Bloomberg" agentliyi xəbər verir ki, "Berkshire Hathaway" şirkətinin sahibi, qurucusu və baş icraçı direktoru olan 86 yaşındakı U.Buffet ən son öz şirkətinin 3,17 mlrd. dollarlıq səhmlərini 5 müxtəlif xeyriyyə cəmiyyəti arasında paylaşdırıb.
O, son 11 ildə ən çox ianəyi dostu Bil Geytsin (Bill Gates) cəmiyyətinə verib. "Bill and Melinda Gates Foundation"a ianənin həcmi 21,9 mlrd. dollar təşkil edib. İanələrdən sonra U.Buffetin şirkətindəki payı 17%-ə enib. Bağışladığı vəsaitin həcmi isə şirkətin 40%-ni təşkil edib.
Ümumiyyətlə, U.Buffet ianə hərəkatını 2010-cu ildə başlayıb və ona bu günədək 21 ölkədən 170 zəngin qoşulub.
Xatırladaq ki, bir qədər əvvəl "Facebook"un qurucusu Mark Tsukerberq (Mark Zuckerberg) həyatda ikən şirkətinin səhmlərinin 99%-ni bağışlamaq qərarına gəlib. O, həyat yoldaşı ilə yeni doğulan övladına atdığı bu addımla bağlı təsirli məktub yazıb saxlayıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
- 2 d. əvvəl
- 17 d. əvvəl
- 38 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Epoint — Gürcüstan bazarına çıxan ilk Azərbaycan fintex şirkəti oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
9 saat əvvəl
Ağ Ev: PUA insidentinə baxmayaraq, ABŞ-İran danışıqları qüvvədə qalır
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Vüsal Qasımlıya müavin təyin edilib
Rəsmi məzənnələr açıqlandı
Epoint — Gürcüstan bazarına çıxan ilk Azərbaycan fintex şirkəti oldu
Walmart-ın kapitallaşması 1 trilyon dolları keçib
Ən çox oxunanlar
Qızılın qiyməti İran ilə yenidən 5000 dolları keçdi
ABŞ İranın PUA-sını vurdu, qızılın qiyməti artdı
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















