Nəhəng banklar Türkiyə Mərkəzi Bankından faiz endirimi gözləyirlər
Morgan Stanley iqtisadçıları fevralın 23-də keçiriləcək Pul Siyasəti Komitəsinin iclasında Türkiyə Mərkəzi Bankın uçot dərəcəsini 1,00 faiz bəndi endirəcəyini gözləyirlər.ABŞ-ın nəhəng banklarından biri olan Morgan Stanley, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) fevral ayı üzrə faiz qərarı ilə bağlı proqnoz verib.
Marja xəbər verir ki, Morgan Stanley iqtisadçıları tərəfindən dərc edilən 17 fevral tarixli hesabatda, "Gələn həftə pul siyasəti faizinin 1,00 faiz bəndi azaldılaraq 9 faizdən 8 faizə endiriləcəyini gözləyirik. Bununla belə, bankların, xüsusən də dövlət banklarının zəlzələ fəlakətinin aradan qaldırılması üçün dəstəklərinə olan ehtiyacın mart iclasında 1,50 faiz bəndi endirim və ya əlavə endirim ehtimalını artırdığı qənaətindəyik", - deyilir.
Hesabatda, daha çox fiskal stimullaşdırma və daha yumşaq pul siyasətinin inflyasiyaya səbəb ola biləcəyi, lakin seçkilərə gedərkən makro siyasət çərçivəsində hər hansı bir dəyişikliyin gözlənilmədiyi bildirilib.
İqtisadçılar hesabatda, Morgan Stanley-in 2023-cü ilin sonunda 48 faiz inflyasiya proqnozu üçün əhəmiyyətli yuxarı doğru risklərin olduğunu qiymətləndiriblər.
İqtisadçılar bildiriblər ki, zəlzələ fəlakətinin makroiqtisadi təsirləri və yenidənqurma prosesində maliyyə ehtiyacları idarə edilə bilər. Həmçinin iqtisadçılar, zəlzələdə mənzil fondunun itkisini 24 milyard dollar (ÜDM-in 2,9 faizi) səviyyəsində hesabladıqlarını bildirdilər.
ABŞ-ın digər iri bankı JPMorgan tərəfindən həftənin əvvəlində dərc edilən hesabatda, TCMB-nin faizini fevral ayında 1,00 faiz bəndi azaldacağı proqnozlaşdırılırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 11 d. əvvəl
-
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
2 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
-
2 saat əvvəl
Gəncə Cümə məscidində təmir-bərpa işləri üçün 1,6 milyon manat ayrıldı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qlobal bankdan Hörmüz boğazı ssenariləri




















