Azərbaycandakı kartların 72%-i təmassız ödənişləri dəstəkləyir
Ölkədə nağdsız ödənişlərin aparılmasında bank kartları əsas ödəniş aləti kimi istifadə olunur. 2022-ci ildə ölkədə nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artmış, təmassız texnologiyaların, elektron ticarətin istifadəsi genişlənmişdir.
Marja xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin Rəqəmsal ödənişlər icmalında bildirilir.
Qeyd edilib ki, 01.01.2023-cü il tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 13.6 mln. ədəd təşkil etmiş və bu kartların 72%-i təmassız ödənişləri dəstəkləmişdir. 2021-ci il ilə müqayisədə ödəniş kartlarının sayı 19%, o cümlədən təmassız kartların sayı 31% artmışdır. Emissiya edilən ödəniş kartlarının 87%-ni (11.8 mln. ədəd) debet kartlar, 13%-ni (1.8 mln. ədəd) isə kredit kartları təşkil etmişdir.
2022-ci il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2021-ci il ilə müqayisədə 56% artaraq 56.4 mlrd. manat, o cümlədən nağdsız ödənişlərin həcmi 2.1 dəfə artaraq 24.4 mlrd. manat olmuşdur. Ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2022-ci il ilə müqayisədə 11.4% bəndi yüksələrək 43.2%-ə bərabər olmuşdur.
Ölkədə ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşmüşdür. 2022-ci il ərzində elektron ticarət əməliyyatlarının sayı 2021-ci il ilə müqayisədə 2.4 dəfə artaraq 261 mln. ədəd, həcmi isə 2.5 dəfə artaraq 18.5 mlrd. manat olmuşdur.
Təsərrüfat subyektlərində 2022-ci il ərzində POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatların sayı 2021-ci il ilə müqayisədə 89.4% artaraq 199 mln. ədəd, həcmi isə 47.7% artaraq 5.8 mlrd. manat olmuşdur. O cümlədən, 2022-ci il ərzində POS-terminallarla aparılan təmassız ödənişlərin sayı 2021-ci il ilə müqayisədə 2.6 dəfə artaraq 183.2 mln. ədəd, həcmi isə 2 dəfə artaraq 4.9 mlrd. manat olmuşdur.
01.01.2023-cü il tarixinə ölkə üzrə quraşdırılmış bankomatların sayı 3068, POS-terminalların sayı 79820, ödəniş terminallarınsayı isə 2029 ədəd olmuşdur.
2022-ci il ərzində ölkə üzrə bankomatların sayında 3.3%, regionlarda yerləşən bankomatların sayında isə 6.6% artım müşahidə edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
3 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
3 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 4 saat əvvəl
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"






















