Dollar, ABŞ-da makroiqtisadi məlumatla açıqlanmadan öncə bahalaşır
Dollar möhkəmlənirCümə günü səhər saatlarında ABŞ dollarının avro və yen kimi digər əsas dünya valyutalarına nisbətdə qiyməti bir qədər yüksəlib. Bazarlar isə ABŞ-da bir sıra makroiqtisadi məlumatların açıqlanmasını gözləyir.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 8.44-ə olan məlumata görə, avronun dollara nisbətdə məzənnəsi əvvəlki bağlanışdan 1.0736$-dan 1.0723$-a kimi düşüb, dolların yen qarşısında məzənnəsi 131.56 yendən 131.72 yenə yüksəlib. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutalarından ibarə səbətə nisbətdə məzənnəsi) 0,14% artaraq 103,37 bənd təşkil edir.
Həftənin əvvəlindən dollar avroya nisbətdə 0,7%, yenə qarşı 0,4%, dollar indeksi isə 0,5% artım göstərib. Bu həftə, dolların ardıcıl möhkəmlənməsinin ikinci həftəsi ola bilər.
Cümə günü ABŞ-ın makro statistikası dərc olunacaq. Ev təsərrüfatlarının ABŞ iqtisadiyyatına inam dərəcəsini əks etdirən Miçiqan İstehlakçı İnamı İndeksinin yanvar ayında 64,9 bənddən sonra, ilkin hesablamalara görə, 65 bənd olacağı gözlənilir.
Eyni zamanda, ekspertlər ABŞ büdcə kəsirinin dekabrdakı 85 milyard dollardan sonra yanvarda 63 milyard dollara qədər azalacağını gözləyirlər.
Həmçinin bazarlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) pul siyasətinin perspektivlərini qiymətləndirməyə davam edir. CME Group-un məlumatına görə, analitiklərin 90,8%-i, FED-in mart ayında uçot dərəcəsini növbəti dəfə 0,25 faiz bəndi artıraraq illik 4,75-5%-ə çatdıracağını gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)














.jpg)

