"70 faiz əminsinzisə qərar verin" - uğurun ipucları
Cef Bezosun "1-ci Gün" qaydası
Amazon-un sahibi Cef Bezos (Jeff Bezos), şirkətini uğura aparan strategiyanın ipuclarını verib.
"Marja" xəbər verir ki, sürətlə dünyanın ən dəyərli şirkəti olmaq yolunda irəliləyən Amazon-un sahibi Cef Bezos, iyun ayında bir daha gündəm yaratdı və "Whole Foods" adlı pərakəndə ərzaq mağazalarını satın aldı.
"Whole Foods" ilə birlikdə son illərdə 10-dan çox satınalmanı tamamlayan Cef Bezos, şirkətin son illik toplantısında etdiyi çıxışında, Amazonu uğura aparan strategiyanın ipuclarını vermişdi. Bezos strategiyasını, "Start up" kimi düşünmək və şirkəti "start up kimi" idarə etmək" şəkilində açıqlayır. Bezos belə deyir:
"Qərarların çoxunu istədiyiniz məlumatların 70%-nə malik olduğunuz hallarda verin. Əgər 90 faiz məlumat almağı gözləsəniz, böyük ehtimalla yavaş qalmış və fürsəti qaçırmış olarsınız".
Cef Bezos yanaşmasına "1-ci Gün" adını verib. Bu şüara o qədər əhəmiyyət verir ki, işlədiyi binaya da "1-ci Gün" adını vermişdir və "Mən yeni bir binaya köçəndə o adı da yanımda aparıram" deyə bildirir.
Bezos, bu yanaşmanın prinsiplərindən birinin "daha sürətli" qərarlar vermək olduğunu deyir. Ancaq hər şey təkcə "sürət"də deyil. Əhəmiyyətli olan bir yolunu tapıb "yüksək keyfiyyətli və yüksək sürətdə" qərar verməkdir. Bu, "start up"lar üçün asandır, ancaq böyük şirkətlər üçün əhəmiyyətli bir problemdir.
Bezos "1-ci Gün" şüarını uğurla həyata keçirmək üçün aşağıdakı addımlara diqqət çəkir:
1. 90-100 faiz dəqiq məlumatlar axtarıb qərar vermək ardınca qaçmaq əvəzinə, lazım gələrsə 70 faizlik məlumata güvənin.
2. Qərar verdikdən sonra rahat olun, qeyri-müəyyənliklərlə özünüzü "yeyib bitirməyin". Qərarların çoxunda geri addım atıla bilər, iki istiqamətli qapı kimidirlər.
3.Qüsursuz qərarlar vermək üçün "səhv etməkdən" çəkinmək əvəzinə, verilən pis qərarları "tez fərq etmək və onları düzəltmək" məsələsində mütəxəssis olmağa çalışın. Əgər səhvi sürətlə düzəldə bilirsinizsə, vəziyyətdən düşündüyünüzdən daha az xərclə çıxa biləcəksiniz.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 1 d. əvvəl
-
53 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























