Birjalarda son vəziyyət
Ötən həftənin cümə axşamı günü ABŞ-da ÜDM-in keçən ilin son rübündə proqnozlaşdırılandan daha çox açıqlanması dolların qiymətlərinə dəstək oldu.
Analitiklər, gözləniləndən daha güclü gələn iqtisadi artım göstəricilərinin ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) aqressiv monetar siyasətinə baxmayaraq, ABŞ iqtisadiyyatında "yumşaq eniş" üçün ümidləri artırdığını və resessiya ilə bağlı narahatlıqları azaltdığını bildirirlər.
Nəticədə EUR/USD və GBP/USD cütlüklərində artım tendensiyasının bir qədər səngidiyi müşahidə olunur.
Təhlillərə əsasən “Buğa”lar DXY-ın qiymətini 103.50 bənd həddinin üzərinə qaytara və bu səviyyənin üzərində saxlaya bilsələr, EURUSD və GBP/USD məzənnələrində ucuzlaşma yaşana bilər.
Cari həftə ərzində ABŞ-da açıqlanacaq əmək bazarına dair statistik göstəricilər, xüsusilə də “NFP”, eləcə də İngiltərə və Avropa Mərkəzi Banklarının faiz qərarları birjalarda ciddi qiymət dəyişikliklərinə səbəb ola bilər. Həmçinin, Avrozonada və Almaniyada ÜDM-in həcmi və inflyasiya göstəriciləri investorların diqqət mərkəzində olacaqdır.
EUR
Ötən həftə ərzində üfüqi tendensiya sərgiləyən EURUSD məzənnəsi həftəni 1.08$ hədləri üzərində tamamladı. Təhlillərə əsasən dollar indeksindəki eniş tendensiyası dərinləşərsə, avro dollar qarşısında 1.11$ hədlərinə qədər bahalaşa bilər. Qeyd edək ki, Avropa Mərkəzi Bankının faiz qərarı, eləcə də Avrozonada və Almaniyada açıqlanacaq inflyasiya göstəriciləri tendensiyanın gedişinə ciddi təsir edə bilər.
GBP
Ötən həftənin sonu 1.24$ hədlərində tamamlayan GBP/USD məzənnəsində trendin necə davam edəcəyində bu həftə İngiltərə Mərkəzi Bankının faiz qərarı həll edici rol oynaya bilər.
TRY
USD/TRY məzənnəsi ötən həftə ərzində 18,80TL həddindəki maksimumunu qorumaqla üfüqi tendensiyasını davam etdirib. Bu həftənin cümə günü Türkiyədən açıqlanacaq inflyasiya göstəriciləri lirənin birjalarındakı qiymətlərinə təsir edə bilər
GOLD
Dolların ucuzlaşması fonunda qızıla tələb artmaqda davam edir. Dollar indeksində eniş tendensiyası davam edər və 1942$ həddini qıra bilsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1980$ və 2008$-a kimi bahalaşa bilər. Təhlillərə əsasən, 1942$ səviyyəsi əsas psixoloji müqavimət həddi kimi çıxış edir.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






