SimSim tarif paketləri dəyişir - TARİF PAKETLƏRİ LƏĞV EDİLİB, YENİSİ İLƏ ƏVƏZLƏNİR

28 fevral 2023-cü il tarixdən etibarən "Azercell Telekom" MMC-nin fakturasız (SimSim) xətt sisteminin abunəçiləri üçün nəzərdə tutulmuş tarif paketləri ləğv edilərək daha əlverişli tarif paketləri ilə əvəz ediləcək.
Marja.az şirkətin elanına istinadən xəbər verir ki, tariflərin ləğv edilməsi və yeni tariflərin tətbiqi "müştərilərə təklif edilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tariflərin optimallaşdırılması" məqsədilə həyata keçirilir.
Həmçinin, 27.02.2023-cü il tarixdən etibarən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən "Duetcell" xidmətinə yeni qoşulmalar dayandırılacaq. Qeyd olunan tarixədək bu xidmətə qoşulan abunəçilər xidməti deaktiv etmədikləri halda istifadəni davam etdirə biləcəklər.
HƏMÇİNİN OXU: Azercell 33 tarif paketini ləğv edir
Eyni zamanda, 28.02.2023-cü il tarixdən etibarən "Azercell Telekom" MMC-nin fakturalı xətt sistemində korporativ abunəçilərə təqdim edilən "Socar 20", "Socar 50", "Socar 100", "50 SMS", "100 SMS", "200 SMS", "250 SMS", "500 SMS" SMS paketlərinə və "Biznes 25 (illik)" paketinə yeni qoşulmalar dayandırılacaq. Göstərilən tarixədək paketlərə qoşulan abunəçilər müvafiq istifadə müddəti bitənədək paketlərdən istifadəyə davam edə biləcəklər.
Daha ətraflı məlumatlar aşağıdakı cədvəldə göstərilir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
