Azərbaycanda 6-cı böyük bankın vəziyyəti məlum oldu
"Unibank"ın aktivləri 1,4 milyard manat, cəmi gəlirləri 200 milyon manat səviyyəsini aşıb."Unibank" ASC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Unibank" 2022-ci ili 557 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 4 milyon 688 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Unibank"ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 8,4 dəfə və ya 4 milyon 131 min manat azalıb. Xalis mənfəətin azalması "Unibank"ın mümkün zərərlər üçün yaradılan ehtiyatlara daha çox vəsait ayırması ilə əlaqədardır. Ötən il "Unibank"ın gəlirləri və əməliyyat mənfəəti artıb.
2022-ci ildə "Unibank"ın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 232 milyon 636 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 44,4% və ya 71 milyon 564 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat gəlirləri 161 milyon 72 min manat təşkil etmişdi.
2022-ci ildə "Unibank"ın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 208 milyon 123 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 49,2% və ya 68 milyon 600 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat xərcləri 139 milyon 523 min manat təşkil etmişdi.
2021-ci illə müqayisədə 2022-ci ildə "Unibank"ın faiz gəlirləri 41 milyon 764 min manat, faiz xərcləri 14 milyon 607 min manat, qeyri-faiz gəlirləri 29 milyon 800 min manat, qeyri-faiz xərcləri isə 51 milyon 813 min manat artıb.
Ötən il "Unibank"ın əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən 24 milyon 513 min manat əməliyyat mənfəəti yaranıb. 2021-ci ildə "Unibank"ın əməliyyat mənfəəti 21 milyon 550 min manat təşkil etmişdi. Bankın əməliyyat mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 2 milyon 963 min manat və ya 13,7% artıb.
2022-ci ildə "Unibank"ın mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 23 milyon 565 manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 39,7% və ya 6 milyon 703 min manat çoxdur. Bank 2021-ci ildə mümkün zərərlər üçün yaradılan ehtiyatlara 16 milyon 862 min manat ayırmışdı.
Aktivlərinin məbləğinə görə 6-cı böyük bank olan "Unibank"ın 24 milyon 513 min manat əməliyyat mənfəətindən 23 milyon 565 manat ümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı və 392 min manat mənfəət vergisi ödədiyi üçün ötən ili 557 min manat xalis mənfəət ilə bağlayıb.
"Unibank"ın cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 38,7% və ya 401 milyon 981 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 1 milyard 440 milyon 643 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 1 milyard 38 milyon 662 min manat cəmi aktivlərə malik idi.
"Unibank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 20,3% və ya 150 milyon 352 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 889 milyon 593 min manat təşkil edib. 2021-ci ilin sonunda Bankın kredit portfeli 739 milyon 241 manata çatmışdı.
Ötən il "Unibank"ın istehlak kreditləri portfeli 112 milyon 17 min manat artaraq 547 milyon 205 min manata, biznes kreditləri portfeli 31 milyon 907 min manat artaraq 274 milyon 325 min manata, ipoteka kreditləri portfeli isə 6 milyon 428 min manat artaraq 68 milyon 62 min manata çatıb.
"Unibank"ın depozit portfeli 2021-ci illə müqayisədə 2022-ci ildə 40,7% və ya 286 milyon 208 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 989 milyon 744 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 703 milyon 536 min manat cəmi depozitlərə malik idi. O cümlədən, fiziki şəxslərin depozitləri 200 milyon 100 min manat artaraq 771 milyon 356 min manata, hüquqi şəxslərin depozitləri 86 milyon 108 min manat artaraq 218 milyon 387 min manata yüksəlib.
31 dekabr 2022-ci il tarixində "Unibank" 127 milyon 609 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2021-ci il tarixində 105 milyon 921 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 d. əvvəl
-
-
21 d. əvvəl
"Biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq"
- 33 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
"Yanvarda ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub" - MƏTBUATA BƏYANATLAR
-
1 saat əvvəl
Tarixdə ən böyük müdaxilə - Rekord həcmdə fövqəladə neft ehtiyatlarından istifadə təsdiqləndi
-
4 saat əvvəl
"Yevlax Yük Avtonəqliyyat" və "Ucar İnşaat Xidmət" ASC-lərin səhm paketləri özəlləşdirilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşü keçirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İranı sərt vurduq, amma hələ bitirməmişik
Tarixdə ən böyük müdaxilə - Rekord həcmdə fövqəladə neft ehtiyatlarından istifadə təsdiqləndi
"Yevlax Yük Avtonəqliyyat" və "Ucar İnşaat Xidmət" ASC-lərin səhm paketləri özəlləşdirilib
Ən çox oxunanlar
Dövlət şirkəti ləğv olunur
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda Çinin “iSoftStone” şirkəti ilə "kompüter və elektron avadanlıqlar istehsalına dəstək" müzakirə olunub
Naxçıvanda Azərbaycanın əsas hissəsilə quru əlaqəsini təmin edəcək xəttin yenidən qurulması davam edir
Müsahibədə özünüz haqqında düzgün danışmaq və işə qəbul olmaq
Naxçıvanda ticarət mərkəzi inşa edilir - Gündəlik 1000 nəfərdən çox ziyarətçi qəbul edə biləcək






















