"Rabitəbank"ın xalis mənfəəti 4 dəfədən çox artıb - BANKIN VƏZİYYƏTİ MƏLUM OLDU
"Rabitəbank" ASC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Rabitəbank" 2022-ci ili 11 milyon 181 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 2 milyon 725 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Rabitəbank"ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 4,1 dəfə və ya 8 milyon 456 min manat artıb. Xalis mənfəətin kəskin artması əsasən mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırmanın 4 dəfədən çox azalmasından, eyni zamanda, gəlirlərin artmasından qaynaqlanır.
2022-ci ildə "Rabitəbank"ın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 117 milyon 222 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 40,2% və ya 33 milyon 631 min manat çoxdur. 2021-ci ildə Bankın əməliyyat gəlirləri 83 milyon 591 min manat təşkil etmişdi.
2022-ci ildə "Rabitəbank"ın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 96 milyon 596 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 49% və ya 31 milyon 776 min manat çoxdur. 2021-ci ildə Bankın əməliyyat xərcləri 64 milyon 820 min manat təşkil etmişdi.
Ötən il "Rabitəbank"ın əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən Bankın 20 milyon 626 min manat əməliyyat mənfəəti olub. 2021-ci ildə Bankın əməliyyat mənfəəti 18 milyon 771 min manat təşkil etmişdi. Beləliklə, "Rabitəbank"ın əməliyyat mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 1 milyon 855 min manat və ya 9,9% artıb.
2022-ci ildə "Rabitəbank"ın mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 3 milyon 563 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 4,2 dəfə azdır. Bank 2021-ci ildə mümkün zərərlər üçün yaradılan ehtiyatlara 15 milyon 48 min manat ayırmışdı.
"Rabitəbank"ın cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 6,2% və ya 62 milyon 883 min manat azalaraq 31 dekabr 2022-ci il tarixində 954 milyon 990 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 1 milyard 17 milyon 873 min manat cəmi aktivlərə malik idi. Aktivlərin azalması hüquqi şəxslərin hesablarındakı vəsaitlərin azalmasından qaynaqlanır.
"Rabitəbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 28,9% və ya 136 milyon 913 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 610 milyon 877 min manat təşkil edib. 2021-ci ilin sonunda Bankın kredit portfeli 473 milyon 963 min manata çatmışdı.
Ötən il "Rabitəbank"ın istehlak kreditləri portfeli 56 milyon 445 min manat artaraq 205 milyon 605 min manata, biznes kreditləri portfeli 63 milyon 566 min manat artaraq 305 milyon 404 min manata, ipoteka kreditləri portfeli isə 16 milyon 904 min manat artaraq 99 milyon 868 min manata çatıb.
"Rabitəbank"ın qiymətli kağızlara investisiyaları 2021-ci illə müqayisədə 2022-ci ildə 15 milyon 413 min manat və ya 15% artaraq 117 milyon 918 min manata yüksəlib.
"Rabitəbank"ın depozit portfeli 2021-ci illə müqayisədə 2022-ci ildə 16,2% və ya 117 milyon 679 min manat azalaraq 31 dekabr 2022-ci il tarixində 607 milyon 3 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 724 milyon 682 min manat cəmi depozitlərə malik idi. Ötən il Bankda fiziki şəxslərin depozitləri 62 milyon 195 min manat artaraq 317 milyon 32 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 179 milyon 874 min manat azalaraq 289 milyon 971 min manata düşüb.
31 dekabr 2022-ci il tarixində "Rabitəbank" 109 milyon 40 min manat manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2021-ci il tarixində 98 milyon 275 min manat məcmu kapitala malik idi.
Açıqlanmış ən son məlumata görə,"Rabitəbank" ASC-nin səhmdarları Rauf Əliyev (40,60%), Validə Abbasova (20,13%), Seyran Nuriyev (14,51%), Zakir Nuriyev (14,45%), Dilarə Nuriyeva (9,11%), Aslan Xasiyev (1,07%) və 12 hüquqi şəxsdir (0,14%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 20 saat sonra
-
-
2 d. əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
-
6 d. əvvəl
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
- 19 d. əvvəl
-
38 d. əvvəl
“Azenco”nun sabiq rəhbərinin həbs edilldiyi bildirilir - 3 milyon manatdan çox mənimsəmə
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ramanada torpaq sahələrini satan 11 nəfər barəsində cinayət işi məhkəməyə göndərilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
“Azenco”nun sabiq rəhbərinin həbs edilldiyi bildirilir - 3 milyon manatdan çox mənimsəmə
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir
Ramanada torpaq sahələrini satan 11 nəfər barəsində cinayət işi məhkəməyə göndərilib
Ən çox oxunanlar
Bakı ilə Bratislava arasında birbaşa reys açılır - TARİX
Azərbaycan neftinin son qiyməti
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib
Rəsmi məzənnələr açıqlandı
Dövlət şirkəti “Azəristiliktəchizat”ın yığılmış zərəri azalsa da, 115 milyon manata yaxın olaraq qalıb
Azərbaycanda BYD-nin yeni flaqman şourumu istifadəyə veriləcək, regional ehtiyat hissələri anbarı yaradılacaq
BYD Azərbaycanda rəsmi fəaliyyətə başladı
Tesla üçsıralı Model Y-ni ABŞ-da satışa çıxarıb
























