FED pul siyasətini sərtləşdirməyə davam edəcək
ABŞ Federal Ehtiyat Sisteminin rəhbərliyi pul siyasətini sərtləşdirməyə davam etmək niyyətindədirFederal Ehtiyatlar Sisteminin rəhbərliyi ABŞ iqtisadiyyatı üçün risklərə baxmayaraq, pul siyasətinin sərtləşdirilməsi (faizin artırılması) siyasətini davam etdirmək niyyətindədir.
Marja xəbər verir ki, Federal Ehtiyatlar Sisteminin (ABŞ Mərkəzi Bankı, FED) Federal Açıq Bazar Komitəsinin (FOMC) çərşənbə günü dərc olunan protokollarından belə çıxır.
Dekabr iclasının protokolunda deyilir: “Komitənin üzvləri ümumi olaraq razılaşdılar ki, inflyasiya 2 faizə yaxınlaşdığı halda, məhdudlaşdırıcı siyasətin uzun müddət saxlanılması risklərin idarə edilməsi baxımından məqbuldur”.
FED inflyasiyanın “2%-ə qayıdacağını” gözləyir. Eyni zamanda, iclas zamanı bir sıra FOMC üzvləri pul siyasətinin “daimi” sərtləşdirilməsinə dair xəbərdarlıq ediblər.
"İştirakçılar ümumiyyətlə qeyd etdilər ki, komitənin gələcək siyasət qərarları daxil olan məlumatlar nəzərə alınmaqla qəbul ediləcək və Komitə iclasdan-iclas əsasında qərarlar qəbul etməyə davam edəcək", - Protokollarda bildirilir.
Dekabr iclasının nəticəsi olaraq ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini 50 baza bəndi artıraraq illik 4,25-4,5%-ə çatdırmaq qərarına gəlib. FED rəhbəri Cerom Pauel daha sonra bildirib ki, monetar tənzimləyici inflyasiyanın azalması sabit və dayanıqlı olduğu ortaya çıxana qədər baza faiz dərəcəsinin yüksək səviyyədə saxlanmasını məqsədəuyğun hesab edir. Əvvəllər FED dərəcəsini bir neçə dəfə 75 baza bəndi artırıb, lakin ABŞ-da inflyasiyanın yavaşlaması fonunda daha mötədil tədbirlərə keçib.
Fed-in faiz dərəcəsinin 5,4%-ə çatacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






