"Coca-Cola İçecek" Pakistan törəmə müəssisəsindəki payını artırır
"Coca-Cola İçecek"in Pakistanda törəmə şirkəti olan CCBPL-də birbaşa və dolayı mülkiyyəti 99,34% təşkil edəcək.Türkiyədə qeydiyyatda olan "Coca-Cola İçecek A.Ş" (CCI) şirkəti, törəmə müəssisəsi vasitəsilə "The Coca-Cola Beverages Pakistan Limited" (CCBPL) şirkətinin səhmlərinin bir hissəsinin alınması ilə bağlı müqavilə imzaladığını açıqlayıb.
Marja.az açıqlamaya istinadən xəbər verir ki, "Coca-Cola İçecek" törəmə şirkəti "CCI International Holland" vasitəsilə CCBPL-də "Atlantic Industries" şirkətinin 49,67 faiz payını almaq üçün 300 milyon dollar ödəyəcək.
Əməliyyatın başa çatması ilə "Coca-Cola İçecek"in CCBPL-də birbaşa və dolayı sahibliyi 99,34% olacaq.
Sövdələşmənin hökumət və digər müvafiq qurumlar tərəfindən təsdiqləndikdən sonra 2023-cü ilin birinci yarısında tamamlanacağı gözlənilir.
CCI - Türkiyə, Pakistan, Qazaxıstan, İraq, Özbəkistan, Azərbaycan, Qırğızıstan, İordaniya, Tacikistan, Türkmənistan və Suriyada 10.000-ə yaxın işçisi olan şirkətdir. The Coca-Cola Company brendlərindən ibarət olan qazlı və qazsız İçkilərin istehsalı, satışı və paylanması ilə məşğul olan CCI, Coca-Cola sistemində ən mühüm şirkətlərdən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)














.jpg)

