AccessBank-ın Müşahidə Şurasının üzvü Andrea Haqmann ilə müsahibə
(®) AccessBank-ın Müşahidə Şurasının üzvü Andrea Haqman ilə müsahibə.
-Xanım Haqmann, sizcə, Access Bank 20 illik tarixi ərzində Azərbaycan iqtisadiyyatına hansı sosial təsir göstərib?
-İqtisadiyyatın hərəkətverici qüvvəsi və onu böhran vəziyyətlərində daha dayanıqlı edən MKOB-lardır (Mikro, Kiçik və Orta Bizneslər). Buna görə də bu sektoru adekvat maliyyə xidmətlərilə təmin etmək çox vacibdir.
20 il əvvəl AccessBank MKOB-lara kömək etmək məqsədilə yaradılıb və bununla da Azərbaycanda daha inklüziv maliyyə sisteminə töhfə verilib. Bank ixtisaslaşmış maliyyə məhsulları təklif sağlam və sabit MKOB-ların inkişafında mühüm rol oynayıb. Bu gün bank, xüsusi maliyyə dəstəyinə ehtiyacı olan kiçik bizneslərə xidmət göstərməkdə geniş biliyə və uzunmüddətli təcrübəyə malikdir. Bank işçiləri daim müştərilərinin dəyişən ehtiyac və tələblərini anlamaq və bank məhsullarını təkmilləşdirmək üçün çalışırlar. Bu, son illərdə üzləşdiyimiz sürətlə dəyişən dövrlərdə xüsusilə vacibdir.
AccessBank bir tərəfdən öz xidmətləri ilə mikro və kiçik biznesi maliyyə sisteminə daxil etməklə iqtisadiyyatın daha dayanıqlı olmasına töhfə verir. Digər tərəfdən isə, bu müəssisələrə keyfiyyətli iş yerlərinin və əhali üçün sabit gəlirin yaradılmasında dəstək olur.
-AccessBank uzun müddətdir ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini təbliğ edir. Sizcə, bu vacibdirmi və nə üçün maliyyə qurumu buna diqqət yetirməlidir?
-Dayanıqlı İnkişaf Məqsədləri (DİM) 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən yoxsulluğa son qoymaq, planeti qorumaq və 2030-cu ilə qədər bütün insanların sülh və firavanlıq şəraitində yaşamasını təmin etmək üçün universal fəaliyyət çağırışı kimi qəbul edilib.
Əgər biz bu çox iddialı məqsədlərə çatmaq istəyiriksə – və cəmi 8 ilimiz qalıbsa – hər kəs və hər bir qurum buna öz töhfəsini verməlidir. Bu kontekstdə AccessBank öz məsuliyyətini dərk edir və bir çox cəhətdən öz töhfəsini verir.
AccessBank-ın əsas məqsədi MKOB-lara maliyyə xidmətləri göstərməkdir və beləliklə, bank DİM 8-ə öz töhfəsini verir. Bu, inklüziv iqtisadi artımın təşviqi və bu şirkətlərdə məhsuldar və layiqli iş yerlərinin yaradılması ilə əlaqədardır. Hər bir iş gəlir mənbəyidir və daha yaxşı yaşayış şəraitinə gətirib çıxarır, buna görə də bank xidmətləri dolayı yolla yoxsulluğun aradan qaldırılması ilə bağlı DİM 1-ə də kömək edir.
Lakin AccessBank tərəfindən DİM-lərin nailiyyətlərini dəstəkləyən çoxsaylı digər bank xidmətləri də mövcuddur. Kənd təsərrüfatı müştəriləri üçün bank məhsulları ilə aclıq və bərabərsizliklərin azaldılması ilə bağlı DİM-lər (DIM2 və DIM10) dəstəklənir.
Nəhayət, onu da qeyd etmək istərdim ki, AccessBank öz xidmətləri ilə qadınların səlahiyyətlərinin artırılmasını fəal şəkildə təşviq edir və bununla da qadınların səlahiyyətlərinin artırılmasının təşviqi ilə bağlı DİM 5-ə öz töhfəsini verir. Bu yaxınlarda Bank Azərbaycanda ilk bank olaraq BMT-nin Qadınların Gücləndirilməsi Prinsiplərinə qoşularaq bu sahədə qabaqcıl rolunu əyani şəkildə nümayiş etdirdi. BMT-nin Qlobal Sazişi və Qadınlar üzrə Agentliyi tərəfindən hazırlanan Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri (WEPs) şirkətləri beynəlxalq əmək və insan hüquqları standartları barədə məlumatlandırır və müəssisələri gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasına dəvət edir.
-Yaxın 15 ildə AccessBank-dan gözləntiləriniz nədir?
-Yeni tələblərə və ehtiyaclara uyğunlaşmaq başda bankçılıq sektoru olmaqla bütün sahələr üçün zəruri olacaq. Düşünürəm ki, AccessBank kimi dinamik və çevik qurumlara Azərbaycandakı MKOB-ları və pərakəndə müştəriləri dəstəkləmək üçün hər zamankındən daha çox ehtiyac duyulacaq. Bu gün AccessBank bu rolu oynamaq üçün ideal infrastruktura malikdir. Hər şeydən əvvəl onun yüksək ixtisaslı əməkdaşları və peşəkar idarəetmə komandası var. Onlar birlikdə müştərilərə ən yüksək şəkildə xidmət göstərirlər. İkincisi, Bank korporativ idarəetmə və şəffaflıq sahəsində ən yaxşı təcrübə standartları ilə önə çıxır.
Müştərilər bilirlər ki, onlar AccessBank-ın düşüncə və fəaliyyətinin mərkəzindədirlər. Beləliklə, məhsulların innovasiyası və rəqəmsallaşdırılması Bankın fəaliyyətinin bir hissəsi olacaq. Eyni zamanda, bank üçün təhlükəsizlik sistemləri və məlumatların qorunması mühüm əhəmiyyət kəsb edəcək.
Müştərilərin xəbərləri
NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına layiq görülüb
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
10 saat əvvəl
"Hörmüz boğazı bağlı qalmalıdır. Boğazın bağlanması düşmənə təzyiq göstərmək üçün bir vasitədir"
-
10 saat əvvəl
"Legion Financial” şirkətinin 220 000 manatlıq yeni səhmlərini 3 investor əldə edib
-
-
11 saat əvvəl
İranın yeni Ali Rəhbəri İsrail və ABŞ-ı "digər cəbhələr"in açılacağı ilə hədələyib
- 11 saat əvvəl
-
11 saat əvvəl
BMW Group-un mənfəəti Çin bazarındakı sərt rəqabət səbəbilə azalıb
-
12 saat əvvəl
"Hörmüz boğazı bağlı qalmalıdır" - Müctəba Xamenei İran xalqına ilk müraciətini edib
-
12 saat əvvəl
Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Hörmüz boğazı bağlı qalmalıdır. Boğazın bağlanması düşmənə təzyiq göstərmək üçün bir vasitədir"
BMW Group-un mənfəəti Çin bazarındakı sərt rəqabət səbəbilə azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 qramının orta satış qiyməti isə 6,8 manat olub
Ən çox oxunanlar
ABB-dən “Fayda Max Abunəlik” proqramı
“Azər-Türk Bank”ın rəhbərliyinə yeni təyinat olub
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Azərbaycan iqtisadiyyatı cüzi artıb
İnfluenser və bloqerlərlə bağlı yeni tənzimləmələr tətbiq olunub
Türkiyə də neft ehtiyatlarının bir hissəsini satışa çıxarır
Dövlət Agentliyi: Karqo xidmətlərində istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir
Martın 13-də gözlənilən hava şəraiti






















