İngiltərə Bankından yeni əskinaslar
Bu gün İngiltərə Bankı üzərində yeni Kral III Çarlzın şəkili olan əskinaslarının dizaynını təqdim edib. Kralın portreti bütün dörd polimer əskinasın (£5, £10, £20 və £50) üzərində görünəcək. Mövcud dizaynlara portretdən başqa heç bir dəyişiklik edilmir.İngiltərə Mərkəzi Bankı (BoE) Böyük Britaniyanın yeni kralı III Çarlzın əks olunduğu əskinas dizaynını təqdim edib.
Mövcud 5, 10, 20 və 50 funt-sterlinqlik polimer əskinaslarda dəyişən yalnız Kralın portretidir.
Bu əskinasların 2024-cü ilin ortalarında dövriyyəyə buraxılması gözlənilir.
İngiltərə Bankı qeyd edib ki, II Yelizavetanın təsviri olan əskinaslar istifadədən çıxmır. Mərhələ ilə köhnəlmiş əskinaslar yeni əskinaslar ilə əvəz edəcək.
"Mən çox qürur duyuram ki, İngiltərə Bankı yeni əskinasların dizaynını təqdim edir. Əskinaslarda III Çarlzın portreti yer alır. Bu əlamətdar məqamdır, çünki Kral bizim əskinaslarımızda görünən ikinci monarxdır. İnsanlar 2024-cü ildə dövriyyəyə buraxılan bu yeni əskinaslardan istifadə edə biləcəklər”, - İngiltərə Bankının sədri Endryu Beyli bildirib.
Sentyabr ayında zərbxana III Karlın təsviri olan ilk sikkələri təqdim edib. Yeni monarxın relyef portreti britaniyalı heykəltəraş Martin Cenninqs tərəfindən hazırlanmış və şəxsən kral tərəfindən təsdiq edilmişdir. III Çarlz mərhum Kraliça II Yelizavetanın oğludur.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 6 d. əvvəl
- 38 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı






.jpg)
.jpg)






.jpg)








