"Azərbaycanda sərnişindaşıma qiymətləri maya dəyərindən 2 dəfə azdır"
Bu gün ölkə ərazisində sərnişindaşıma qiymətləri onun maya dəyərindən iki dəfə azdır.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
Onun sözlərinə görə, metro fəaliyyəti ilə bağlı daha yüksək rəqəmlər səsləndirilir:
"Dəmir yolu vasitəsilə sərnişin daşımada isə maya dəyəri təqribən faktiki qiymətdən çoxdur. Bu ümumi bir problemdir. Faktiki olaraq metro və dəmir yolu dövlət tərəfindən subsidiyalaşdırılır. Avtobus fəaliyyəti isə qismən dövlət tərəfindən subsidiyalasdırılır".
O vurğulayıb ki, avtobus qiymətlərinin eyni saxlanması ilə daşıyıcılarının marağının azalmasını görürük:
"Bununla bağlı ciddi müzakirələr gedir, optimal bir variant tapılmalıdır. Ümumiyyətlə, ölkədə 36 % əhalinin nəqliyyata çıxış imkanları məhduddur. Bu bizim avtobus şəbəkəsinin genişləndirilməsini tələb edir. Bunun üçün isə daşıyıcılara bu sahənin rentabelli olmasını təmin etmək vacibdir. Biz anlayırıq ki, məsələlər həssas təqəbəni narahat edir. Lakin dövlət tərəfindən düzgün tənzimlənmə yenə də vətəndaşların marağına xidmət edir. Ümumiyyətlə, ölkə üçün faydalı və dayanıqlı həll modelini seçib tapmalıyıq".
Qeyri-qanuni sərnişindaşımanın qarşısı almaq üçün qanunvericilik dəyişdiriləcək
Rəhman Hümmətov bildirib ki, Azərbaycanda qeyri-qanuni sərnişin daşımalarının qarşısını almaq üçün qanunvericilikdə dəyişikliklər edilməsi gözlənilir.
"Hazırda qeyri-qanuni daşıyıcılara qanunla nəzarət etmək imkanımız yoxdur. Bu problemlərin həll edilməsinin köklü yolunu məhz qanunvericilikdə dəyişikliklərin edilməsində görürük. Bir ildən çoxdur ki, biz geniş dəyişikliklər paketi hazırlamışıq və aidiyyəti nazirliklərlə bir neçə mərhələdə müzakirələr aparılır. Hərtərəfli qiymətləndirmədən sonra yekun layihəni görəcəyik", - deyə o qeyd edib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 d. əvvəl
-
- 15 d. əvvəl
-
16 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 49 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub



















.jpg)




