Yengicə su anbarının tikintisi ilə bağlı müqavilə imzalandı
Yengicə su anbarının tikinti işləri ilə bağlı tender keçirilib və tenderin qalibi “SURYAPI AZ” MMC və “SurYapı Endüstri Sanayi ve Ticarət Anonim” şirkətinin ölkəmizdəki nümayəndəliyinin birgə müəssisəsi müəyyən olunub.Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində Yengicə su anbarının tikintisi ilə bağlı müqavilə imzalanıb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov Marja.az-a bildirib ki, imzalanma mərasimində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov, sədr müavini Rafiq Aslanov, sədrin müşaviri Əsəd Şirinov və cəmiyyətin digər nümayəndələri iştirak ediblər.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov Yengicə su anbarının tikintisinin əhəmiyyətindən danışıb, yeni su anbarının Qəbələ rayonunda kənd təsərrüfatının, turizmin, ümumiyyətlə, rayon iqtisadiyyatının inkişafına böyük təkan verəcəyini bildirib.
Z.Mikayılov, Azərbaycan dövlətinin azad olunan ərazilərdə böyük quruculuq, tikinti-bərpa işləri apardığını diqqətə çatdırıb və bu işlərdə Türkiyə şirkətlərinin mühüm rol oynadığını vurğulayıb.
“SURYAPI AZ” MMC-nin direktoru Cem Hakan Elmas çıxış edərək, Vətən müharibəsində qazanılan Qələbə münasibətilə bir daha təbriklərini çatdırıb və bu gün Qarabağda, Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərinin onda yüksək təəssürat doğurduğunu deyib.
Cem Hakan Elmas Yengicə su anbarının tikintisinin uğurla həyata keçiriləcəyinə və əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirib.
Sonra Yengicə su anbarının tikintisi ilə bağlı müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına Əlavə 2-də Yengicə su anbarının tikintisi də nəzərdə tutulub.
Yengicə su anbarının tikinti işləri ilə bağlı “Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq tender keçirilib və tenderin nəticəsi olaraq qalib şirkət “SURYAPI AZ” MMC və “SurYapı Endüstri Sanayi ve Ticarət Anonim” şirkətinin ölkəmizdəki nümayəndəliyinin birgə müəssisəsi müəyyən olunub.
HƏMÇİNİN OXU: Zabuxçay su anbarının tikintisinə dair müqavilələr imzalandı
Yengicə su anbarının tikintisi işləri 2022-2024-cü illərdə həyata keçiriləcək. Anbarın tikintisinə başlanılması üçün Səhmdar Cəmiyyət ilə “SURYAPI AZ” MMC və “SurYapı Endüstri Sanayi və Ticaret Anonim” şirkətinin ölkəmizdəki nümayəndəliyi arasında podrat müqaviləsi bağlanılıb.
Yeni anbarın ümumi su tutumu 17,5 milyon kubmetr, istifadə olunan həcmi isə 12,4 milyon kubmetr nəzərdə tutulub. Su anbarı tikildikdən sonra Qəbələnin aran hissəsində 10 min hektar sahənin, o cümlədən 3388 hektar sahənin su təminatı yaxşılaşacaq, 6612 hektar yeni torpaq sahəsinin suvarılması təmin olunacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, ildə 2-3 dəfə əkin aparmağa imkan verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 d. əvvəl
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
-
- 13 d. əvvəl
- 26 d. əvvəl
-
43 d. əvvəl
Azərbaycanda inflyasiyanın artım sürəti yavaşlayıb - 5,5%-DƏN 5,2%-Ə DÜŞÜB
-
51 d. əvvəl
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bazar iştirakçıları gümüş alırlar - Qiyməti tarixdə ilk dəfə 90 dolları ötüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
Unibankın biznes kreditləri portfelində böyük artım
ABŞ 2025-ci il üçün neft qiyməti proqnozunu yüksəltdi
Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir
Ən çox oxunanlar
Qızıl və gümüş daha da bahalaşdı
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
"Allianz" Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb
Azərbaycan neftinin son qiyməti
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
Rəsmi məzənnələr açıqlandı






















