Azərbaycanın bitki və kərə yağında xaricdən asılılığı artır - 311 MİLYON DOLLAR ÖLKƏDƏN ÇIXDI
2022-ci ilin 10 ayında (yanvar-oktyabr) Azərbaycana 221 milyon 642 min ABŞ dolları dəyərində 124 min 997 ton bitki mənşəli yağlar idxal edilib.
Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bitki yağlarının idxalı 2022-ci ilin 10 ayında 2021-ci ilin 10 ayı ilə müqayisədə dəyər ifadəsilə 46 milyon 625 min dollar və ya 26,6% artıb, miqdar ifadəsilə 138 ton və ya 0,1% azalıb. Qısası, xaricdən təxminən 47 milyon dollar daha çox valyutaya 138 ton daha az bitki yağları alınıb. Səbəb, dünya bazarında qiymətlərin artmasıdır.
Qeyd edək ki, Azərbaycana 2021-ci ilin 10 ayı ərzində 175 milyon 16 min dollar dəyərində 125 min 136 ton bitki yağları idxal edilmişdi.
KƏRƏ YAĞI İDXALI ARTIB
2022-ci ilin 10 ayında (yanvar-oktyabr) Azərbaycana 89 milyon 400 min ABŞ dolları dəyərində 15 min 495 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 2022-ci ilin 10 ayında 2021-ci ilin 10 ayı ilə müqayisədə dəyər ifadəsilə 24 milyon 826 min dollar və ya 38,4%, miqdar ifadəsilə 3 min 6 ton və ya 24% artıb.
Azərbaycana 2021-ci ilin 10 ayı ərzində 64 milyon 574 min dollar dəyərində 12 min 488 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.
2022-ci ilin 10 ayında bitki və kərə yağları idxalına görə Azərbaycandan xaricə 311 milyon 42 min dollar valyuta çıxıb. Ötən ilin eyni dövründə bitki və kərə yağlarının idxalına 239 milyon 589 min dollar xərclənmişdi. Beləliklə, yağların idxalına görə çəkilən xərc 71 milyon 453 min dollar artıb. Bu artım bitki və kərə yağlarının pərakəndə satış qiymətlərində əks olunur və əhali tərəfindən ödənilir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 12 d. əvvəl
-
- 20 d. əvvəl
- 29 d. əvvəl
-
40 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)
.jpg)


.jpg)



.jpg)








