“FED faiz dərəcəsini 6%-dən yuxarı qaldıra bilər”
ABŞ-ın keçmiş maliyyə naziri Lawrence Summers FED-in inflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrini 6 faizdən yuxarı qaldırma riski ilə üzləşdiyinə diqqət çəkib.ABŞ-ın aparıcı iqtisadçılarından biri, keçmiş maliyyə naziri Lourens Summersin fikrincə, FED-in faiz dərəcələrini daha da yüksəltməsi riski var.
Marja.az Bloomberg-ə istinadən xəbər verir ki, pul siyasəti və inflyasiya ilə bağlı şərhlər verən Sammers, FED-in inflyasiya ilə mübarizə aparmaq üçün siyasət faizini 6 faiz və ya daha yuxarı qaldırması riskinin olduğunu bildirib.
Summers, "Bu, gözlədiyim deyildi, lakin FED-in faizləri 6 faiz və ya daha çox artırsa, təəccüblənmərəm" deyib.
ABŞ Federal Ehtiyat Sistemi gözləntilərə uyğun olaraq dördüncü dəfə faiz aralığını 0,75 bənd artırıb. FED sədri Cerom Pauelll (Jerome Powell) inflyasiyanın azaldılması üçün bundan sonra da faiz dərəcələrini artırmağa hazır olduqlarını, lakin bunu daha kiçik artımlar ilə edə biləcəklərini deyib. FED, faizlərin artırılmasının iqtisadi aktivliyin pisləşməsi və iş yerlərinin bağlanması ilə nəticələnməsini istəmir.
Fed-in faiz dərəcəsi aralığını 3-3,25 faizdən 3,75-4,00 faizə yüksəltməsinin ardından təşkil edilən mətbuat konfransında danışan Pauell, “Son iclasımızdan bu yana əldə edilən məlumatlar, yekun faiz dərəcələrinin əvvəllər gözləniləndən daha yüksək ola biləcəyini göstərdi”,- deyib.
"Biz düşündüyümüz faiz dərəcələrinə çatana qədər hələ çox yolumuz olduğunu düşünürük", - deyən Pauell, investorlara sərtləşdirmə addımlarının bitmədiyi barədə xəbərdarlıq edib.
"Faiz artırmağı dayandırmaq barədə düşünmək hələ tezdir" - deyən Pauell əlavə edib ki, növbəti və ya növbəti iclaslarda faiz artımının sürətini yavaşlatmaq məqsədəuyğun ola bilər, amma faizlərin artırılması davam edəcək.
FED-in faiz qərarı və FED sədri Jerome Powell-in açıqlamalarından sonra faiz dərəcələrində ən yüksək səviyyənin 2023-cü ilin may ayında 5,10% ilə reallaşacağına dair proqnoz bazarda ön plana çıxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)







