“PAŞA Həyat” 2022-ci il üzrə lll rübün sonuna olan maliyyə nəticələrini açıqladı
Ölkənin lider həyat sığorta şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2022-ci il üzrə 3-ci rübün sonuna olan maliyyə nəticələrini ictimaiyyətə açıqlayıb.
Şirkətdən Marja-ya daxil olmuş press-relizdə bildirilir ki, üçüncü rübün sonuna PAŞA Həyat 62 milyon AZN dəyərində olan ümumi kapital həcmi ilə ölkənin lider həyat sığorta şirkəti mövqeyini qorumağa davam edir. Cəmi aktivlərin həcmi isə 519 milyon manat təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 30% artmışdır.
“PAŞA Həyat Sığorta” ASC bütün məhsullar üzrə müştərilərinə 160 milyon manat sığorta ödənişləri həyata keçirib. Burada iki əsas məhsullar üzrə müştərilərə edilən sığorta ödənişləri belədir: “Həyatın Yaşam sığortası” üzrə 142 milyon manat, “İcbari Həyat sığortası” üzrə isə 1.6 milyon manat.
Qeyd olunan dövr üzrə yığılmış sığorta haqları 314 milyon manat təşkil edib ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 34% çoxdur.
Nəticədə PAŞA Həyat üçüncü rübü 16.4 milyon manat cəmi məcmu gəlirlə (mənfəət) başa vurub.
Press-relizdə qeyd edilib ki, şirkət mobil tətbiqin hazırlanması üzrə işlərə davam edir. Şirkətin strateji planlamasına uyğun olaraq bütün məhsullar üzrə avtomatizasiya və maksimum rəqəmsallaşma işləri gedir, məqsəd müştərilərə daha əlçatan məhsul təqdim etməklə onları məmnun etməkdir. Nəticə olaraq “Həyatın Yaşam Sığortası” məhsulu üzrə müştəri məmnunluğu 96% təşkil edir.
"Banklarla sıx əməkdaşlıq nəticəsində dövlət dəstəyi olmayan “Gəlirli Həyat Sığortası” məhsulu üzrə ötən il ilə müqayisədə 2 dəfə daha çox yığım əldə edilib. Belə ki, şirkətin əsas strateji istiqamətlərindən biri dövlət tərəfindən dəstəklənən məhsullardan olan asılılığı azaltmaqdır.
Mövcud dövrdə seçim əlbəttə ki, etibarlı və dayanıqlı həyat sığorta şirkətindən yana olmalıdır. İstənilən durumda sizin vəsaitiniz əminliklə qorunmalı və sizə gəlir gətirməlidir. Bunun üçün PAŞA Həyat ən doğru seçimdir",- press-relizdə bildirilir.
Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2021-cu il tarixinə şirkətin nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, yığım tərkibli “Həyatın yaşam sığortası” məhsullarını təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
7 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
10 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 10 saat əvvəl
-
11 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir












.jpg)











