SOCAR “Rosneft”in flaqman layihəsində iştirak təklifinə baxacaq
“Rosneft”in rəhbəri İqor Seçin daha əvvəl bildirmişdi ki, şirkət layihə iştirakçıları arasında “öz dostlarını” görməkdən şad olacaq.Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın “Rosneft” şirkətinin “Vostok Oil” layihəsində iştirak etmək təklifinə baxacaq.
Marja.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə SOCAR-ın rəhbəri Rövşən Nəcəf bildirib.
Bundan əvvəl “Rosneft”in rəhbəri İqor Seçin bildirmişdi ki, şirkət dostlarını layihə iştirakçıları arasında, o cümlədən SOCAR-ı görməkdən şad olacaq.
Nəcəf, SOCAR-ın təklifi nəzərdən keçirməyi planlaşdırıb-planlaşdırmadığı barədə suala belə cavab verib: "Bəli. Bütün təkliflər kimi nəzərdən keçiriləcək".
Seçinin sözlərinə görə, “Rosneft” “Vostok Oil” layihəsini qrafik üzrə həyata keçirməyə davam edir.
Taymırdə yerləşən "Rosneft"in flaqman layihəsi olan "Vostok Oil", Krasnoyarsk diyarının şimalında və Yamalo-Nenets Muxtar Dairəsində 13 neft və qaz yatağının yerləşdiyi ərazini əhatə edir. Layihənin ehtiyatları 6 milyard tondan çox maye karbohidrogenlər səviyyəsində qiymətləndirilir. "Vostok Oi"l layihəsinin iki yatağında - Payaxski və İççeminskidə ilk neft hasilatı 2024-cü ilə planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
16 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 17 saat əvvəl
-
19 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
19 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
19 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
19 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
19 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
Ən çox oxunanlar
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb































