Birjalarda son vəziyyət
EUR.
Bəzi FED rəsmilərinin həm faiz artımının sürətini tezliklə yavaşlatmaq, həm də gələn ilin əvvəlində faiz artımını dayandırmaq niyyətlərini bildirməsindən sonra ötən həftənin cümə günü Amerika sessiyasında dollar ucuzlaşdı. FED-in noyabr toplantısında faiz dərəcələrini 75 baza bəndi artırması proqnozları ilə yanaşı, bank rəsmilərinin gələcək faiz artımlarının miqyasını müzakirə edəcəyi ehtimalları birjalarda qiymətləndirilir. Proqnozlara əsasən dollar indeksindəki geriləmə davam edərsə, EUR/USD məzənnəsi 1$-a kimi bahalaşa bilər. Bu həftə Avrozonada, Almaniyada açıqlanacaq inflyasiya, Amerikada dərc olunacaq iqtisadi inkişaf səviyyəsinə dair rəqəmlər, həmçinin Almaniya, Avrozona və Amerikadan biznes aktivliyi indeksi göstəriciləri major valyuta cütlüklərində tendensiyaların gedişinə ciddi təsir edə bilər.
GBP.
Bu həftə ABŞ-da açıqlanacaq ÜDM, İngiltərədə dərc olunacaq biznes aktivliyi indeksi göstəriciləri GBPUSD cütlüyündəki tendensiyanın gedişatında həlledici roll oynaya bilər. Dollar indeksi üzərində təzyiqlər artmaqda davam edərsə, funt dollar qarşısında 1.16$-a kimi bahalaşa bilər.
TRY.
Ötən həftənin cümə axşamı Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının baş tutmuş toplantısında faiz dərəcələrinin 150 baza bəndi azaldılmasına baxmayaraq, FED-in monetar siyasətinə dair gələn yumşaq açıqlamalar fonunda USDTRY məzənnəsi 18.5500 hədlərinə kimi ucuzlaşdı.
GOLD.
Geriləyən dollar indeksi fonunda 1656$-a kimi bahalaşan qızılın bir unsiya üzrə dəyəri 1650$-ın üzərində möhkəmlənə bilsə, yenidən 1680$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























