MEDİA Agentliyi, Audiovizual Şura və BDU arasında əməkdaşlıq memorandumu imzalanıb
19 oktyabr 2022-ci il tarixində Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Agentliyin yaydığı məlumatda bildirilir ki, memorandumun imzalanmasında məqsəd qarşılıqlı fəaliyyət istiqamətləri üzrə əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, universitet tələbələri üçün praktiki və nəzəri təlimlərin təşkilinin reallaşdırılması, media sahəsində müasir çağırışlara cavab verən kadrların hazırlanmasına dəstək göstərilməsidir.
Sənədi Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev imzalayıblar.
Memoranduma əsasən, universitetin professor-müəllim heyəti və təhsilalanları üçün elmi-praktik bilik və bacarıqların inkişafı, medianın funksiyaları və müasir inkişaf meyilləri sahələrində birgə layihələrin təşkili, yüksək ixtisaslı jurnalist kadrların hazırlığı istiqamətində əməkdaşlıq edilməsi razılaşdırılıb.
Memorandum çərçivəsində MEDİA Agentliyi və Audiovizual Şura tərəfindən BDU-nun müxtəlif səviyyələrdə jurnalistika ixtisası üzrə təhsilalanlarına təcrübi tələblərə uyğun buraxılış işi və dissertasiya mövzularının müəyyənləşdirilməsinə dəstəyin verilməsi, universitet məzunlarının və xüsusi istedadlı təhsilalanların müxtəlif media subyektlərində işə cəlb edilməsinə köməklik göstərilməsi, media sahəsində müasir texnologiyaların və elmi inkişafın istifadəsində qarşılıqlı əlaqələndirmənin həyata keçirilməsi nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















