Azərbaycanda şirkətlərin sayı 9 faizdən çox artıb
2022-ci il oktyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 388 min 382 vergi ödəyicisinin 87,5 faizi fiziki şəxslər, 12,5 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətinin yayddığı məlumata görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,6 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,3 faiz (ümumi artımın 83,2 faizi), hüquqi şəxslərin sayı isə 9,2 faiz (ümumi artımın 16,8 faizi) artıb.
Yanvar-sentyabr aylarında 11 min 515 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,5 faiz çoxdur. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 71,3 faizi elektron qaydada, 28,7 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb, onlardan 2120-nin (ümumi qeydiyyatın 18,4 faizinin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsində təmin edilib. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,6 faiz təşkil edib.
Yanvar-sentyabr ayları ərzində yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1362 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 11,8 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,7 faiz təşkil edib.
Ümumiyyətlə, ilin əvvəlindən icra olunmuş elektron qeydiyyat ərizələrinin 83,4 faizi Asan imza vasitəsilə təqdim olunub.
2022-ci il oktyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,4 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,4 faizi səhmdar cəmiyyət, 1,2 faizi kooperativ və s. formalarda yaradılıb.
Yanvar-sentyabr ayları ərzində qeydiyyatdan keçmiş kommersiya qurumlarından 76,1 faizi yerli investisiyalı, 23,9 faizi xarici investisiyalı qurumlardır.
2022-ci ilin 9 ayı ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 16,9 faiz artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 33 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 41 d. əvvəl
- 45 d. əvvəl
- 47 d. əvvəl
-
59 d. əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
















.jpg)








