Azərbaycanın naziri neft ilə bağlı mühüm iclasda iştirak etmək üçün Vyanaya getdi
Energetika naziri Pərviz Şahbazov oktyabrın 5-də keçiriləcək “OPEC plus” ölkələri nazirlərinin 33-cü iclasında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya səfər edib.
Tədbir COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin martından bəri ilk dəfə oflayn rejimdə keçiriləcək.
Qeyd edək ki, Azərbaycan “OPEC plus” razılaşmasının iştirakçısıdır.
Xəbər verdiyimiz kimi, neft hasilatının səviyyəsi ilə bağlı qərarını vermək üçün çərşənbə günü iclas keçirəcək OPEC+, neft hasilatını bazar proqnozlarından daha çox azaltmağa hazırlaşır. Bloomberg-ə danışan nümayəndələrə görə, OPEC+ gündəlik neft hasilatını 1 milyon bareldən çox azalda bilər.
Neft qiymətləri son vaxtlar artan qlobal tənəzzül ehtimalları fonunda düşüb və bu, hasilatın daha çox azaldılması çağırışlarına səbəb olub.
Nümayəndələrin söylədiyi 1 milyon rəqəmi reallaşarsa, bu, pandemiyadan bəri istehsalın ən böyük azaldılması olacaq. Yayılan xəbərlər fonunda bazar ertəsi neft qiymətləri kəskin yüksəlib.
Rusiyanın Ukraynaya hücumundan sonra Brent markalı neftin qiyməti 125 dolları keçmiş, lakin artan inflyasiyaya qarşı mərkəzi bankların faiz artırmalarının iqtisadiyyatları böhrana sürükləyəcəyi gözləntiləri neft qiymətlərinin aşağı düşməsinə səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















