“Xəzəri qoruyaq” Beynəlxalq Ekoloji Kampaniya keçirilib - FOTOLAR
1500 könüllü 10 gün ərzində 8 şəhəri təmizləyib.
Ölkənin ən böyük ekoloji aksiyalarından olan “Xəzəri qoruyaq” Beynəlxalq Sahilyanı Təmizlik kampaniyası 10 gün davam edərək 8 şəhər və rayonu əhatə edib 1 oktyabr tarixində Bakıda yekunlaşıb. On ildən çox keçirilən ekoloji hərəkat bu il ilk dəfə bütün Xəzər sahili rayonları əhatə edib.
Kampaniyanın keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma prinsiplərini təbliğ etməkdir.
Bu il “Xəzəri qoruyaq!” Beynəlxalq Sahilyanı Təmizlik Kampaniyası “Coca-Cola”, “Carlsberg Azerbaijan”, “PAŞA Bank” və “Bakcell” şirkətlərinin tərəfdaşlığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ASAN Xidmətin, "ASAN Könüllüləri" Təşkilatının dəstəyi və “EcoHub” ekoloji platformasının icraçı tərəfdaşlığı ilə həyata keçirilib. Aksiyasının təşkilatçılığında Regional İnkişaf İctimai Birliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Dövlət Reklam Agentliyi, ADA Universiteti Fondu, Global Shapers Shamakhi Hub, ABŞ-ın Azərbaycandakı Səfirliyi, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi, Bakı Nəqliyyat Agentliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, LU-MUN Holding və “Baker Hughes” şirkəti iştirak edib.
Sentyabr ayı ərzində Xaçmaz, Şabran, Siyəzən, Neftçala, Astara, Lənkəran, Sumqayıt və Bakıda yerləşən ictimai çimərliklərdə təşkil olunan təmizlik aksiyalarında 1500 könüllü 10 hektar ərazini 5 ton tullantıdan təmizləyib.
Qeyd edək ki, son 30 il müddətində dünyanın 100-dən çox ölkəsində qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada “Xəzəri qoruyaq” şüarı ilə artıq 10 ildən çoxdur ki iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir. Bu kampaniya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 45 hektardan çox ərazisi təxminən 40 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq məlumatlar “Ocean Conservancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
- 20 d. əvvəl
-
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 11 saat əvvəl
-
13 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
Ən çox oxunanlar

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
