Fondun Şəkidə filialı açıldı
Aqrar Sığorta Fondunun (ASF) Şəki şəhərində filialı fəaliyyətə başlayıb.
Fonddan verilən məlumata görə, filial Şəki-Zaqatala iqtisadi rayonunu əhatə edəcək.
Açılış tədbirində çıxış edən Aqrar Sığorta Fondunun İdarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, dövlət başçısının aqrar sahənin inkişafı istiqamətində həyata keçirdiyi islahatlar artıq öz bəhrəsini verir. Bu islahatlardan biri aqrar sığortadır ki, fəaliyyətə başladığı qısa müddətdə gözləniləndən artıq fermer və təsərrüfat sahələrini əhatə edə bilib. Bu gün açılışı olan Şəki filialı da fermerlərə daha yaxın olmaq, onları maraqlandıran məsələlərlə bağlı operativ kömək etmək, təsərrüfatlarda yaranan risklərə çevik reaksiya verməyə dəstək olacaq.
Qeyd edilib ki, ölkənin şimal-qərbində yerləşən Şəki-Zaqatala iqtisadi rayonunun tərkibinə Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları daxildir. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ölkə üzrə kənd təsərrüfatı məhsullarının əmək bölgüsündə rayon tütünçülük, baramaçılıq, çayçılıq, gülçülük, çəltikçilik, meyvəçilik, taxılçılıq, üzümçülük, qoyunçuluqla təmsil olunur. Azərbaycanda istehsal olunan tütünün 75 %-dən çoxu, taxılın 17 %-i, baramanın 35 %-i, yaşıl çay yarpağının 2 %-i bu iqtisadi rayonun payına düşür. Ölkə üzrə heyvandarlıq məhsullarının tədarükünün 10 %-dən çoxunu Şəki-Zaqatala iqtisadi rayonu təşkil edir.
"Aqrar Sığorta Fondu fəaliyyətə başlayandan Şəki-Zaqatala iqtisadi rayonunda təkcə bitkiçilik üzrə 2021-2022-ci ilin əkin mövsümlərində 11 038 aqrar sığorta müqaviləsi üzrə 43 480 hektar əkin sahəsi sığortalanıb. Bura buğda, arpa, fındıq, qarğıdalı sahələri və alma bağları daxildir. Gəlirlərini qorumaq, fəaliyyətlərininin dayanıqlılığını təmin etmək məqsədilə aqrar sığorta xidmətlərindən istifadə edən fermerlərin sayı günbəgün artır. Şəki şəhərinin mərkəzində bütün fermerlərin rahat gəlib-gedəcəyi ünvanda açılan filial fermerlərə daha yaxın olmaq, yerlərdə onların tələb və təkliflərini dinləmək, müstəqil ekspertlərlə daha sıx və oprerativ əməkdaşlıq etmək imkanı yaradacaq", - məlumatda deyilir.
Hazırda ASF tərəfindən 48 məhsul və 29 risk üzrə sığorta təminatı təqdim olunmaqdadır. Bitkiçilik məhsulları bir çox risklərdən o cümlədən dolu, fırtına, qasırğa, sel və ya subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları və sair hallardan sığortalanır. Kənd təsərrüfatı heyvanlarının sığortlandığı risklər siyahısı da olduqca genişdir. Bura yoluxucu xəstəliklər, ilan və həşərat sancması, təbii fəlakətlər, zəhərli otlar və yemlərdən zəhərlənmə, vəhşi heyvanların hücumu, təbii fəlakətlər və yanğın, məcburi kəsim və s. risklər aiddir.
ASF kommersiya məqsədi daşımayan və könüllülük prinsipi əsasında fəaliyyət göstərən bir mexanizmdir. Fermerlər əkin sahələri və kənd təsərrüfatı heyvanlarının sığortası üzrə sığorta haqlarını və ödənişləri Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik kalkulyatoru” və “Heyvandarlıq kalkulyatoru” bölmələrində hesablaya bilərlər. Fermerlərə dəstək məqsədilə hesablanmış sığorta haqqının 50 %-ni dövlət ödəyir.
Fəaliyyət göstərdiyi qısa müddət ərzində aqrar sığorta sistemi ölkənin bütün bölgələrinə genişlənərək istehsal həcminin təxminən 95 %-ini əhatə etmək imkanına malik olmuşdur. Kənd təsərrüfatı sahəsində çalışan bütün fermerlər bu sistemin xidmətlərindən istifadə edə bilər.
Aqrar sığorta xidmətinin keyfiyyətini artırmaq, zərərlərinin qarşılanmasında istehsalçıların və fermerlərin məmnuniyyətini yüksəltmək, onlara daha əlçatan olmaq məqsədilə ilin sonuna qədər daha bir neçə filialın açılışı nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
12 d. əvvəl
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
- 24 d. əvvəl
- 29 d. əvvəl
-
31 d. əvvəl
Azərbaycanda vençur kapitalı fondlarına dair ümumi müddəalar müəyyənləşir
-
1 saat əvvəl
“İrşad”-da yay mövsümünə özəl böyük “Yaşıl Cümə” kampaniyası start götürdü
-
1 saat əvvəl
Azərbaycan “Mobile Connectivity Index” hesabatında 2 pillə irəliləyib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
-
1 saat əvvəl
SOCAR ilə İslam Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
Ən çox oxunanlar
SOCAR ilə İslam Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb
İnterneti sürətli və zəif olan provayderlər - SİYAHI
PAŞA Bank-ın rəhbər heyəti Londonda keçirilən Strateji Liderlik Sammitində iştirak edib
Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
İyunun 18-də gözlənilən hava şəraiti

























